Icma.az
close
up
RU
Ermənistanla iqtisadi rəqabətdə geri düşmək olmaz

Ermənistanla iqtisadi rəqabətdə geri düşmək olmaz

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi və 24 saatlıq anti-terror əməliyyatından sonra beynəlxalq mediaya, o cümlədən Ermənistan jurnalistlərinə verdiyim müsahibələrdə həmişə vurğulayırdım ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinin tam bərpası Ermənistanın da buxovlardan, yükdən azad olmasına, Ermənistanın da suverenliyinin artmasına xidmət edəcək. Yəni, Azərbaycan Ordusu, faktiki olaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, həm də Ermənistanın suverenliyini möhkəmlətdi, çəkə bilməyəcəkləri, altında əziləcəkləri yükdən azad etdi. Təbii, yaxşı olardı ki, Ermənistan bunu vaxtında anlaya, sülh yolu ilə məsələnin həllinə razı olardı, amma olmadı, qəhrəman Əsgərimiz bu vəzifəni layiqincə yerinə yetirdi. 

Qarabağ məsələsinin ədalətli həlli, Azərbaycanın hərbi-diplomatik qələbəsi Ermənistanın daha rahat davranmasına, iqtisadi və siyasi "dalandan” çıxmasına, Rusiyanın boyunduruğundan addım-addım azad olmasına səbəb olur. 

Ümumiyyətlə, Ukrayna bataqlığına batan, taktiki üstünlük qazansa da, strateji məğlubiyyətə doğru gedən Kreml, Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqaza ən böyük təsir alətini itirdi, ardınca da Türkiyə-Azərbaycan tandemi taktiki və stateji qərarlarla, Rusiyanın bölgəmizdə zəifləməsinə nail oldu. 

Vensin bölgəmizə səfərini həm də bu kontekstdən dəyərləndirmək lazımdır. ABŞ, bölgədə Rusiyadan ən çox asılı olan ölkəni öz qucağına alır, böyük investisiya layihələri, "Tramp yolu” Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açır. Ermənistan, faktiki olaraq, iqtisadi baxımdan Rusiyanın "muxtariyyatı” idi, hələ də asılılıq həddən artıq çoxdur. Rusiya Ermənistanda dəmir yolu nəqliyyatı, atom enerjisi, elektrik enerjisi şəbəkələri, qaz təminatı kimi stateji sahələrdə dominantdır, bu sahələrdə Rusiyadan çox asılıdır. Vensin Ermənistana səfəri zamanı imzalanan sənədlər məhz bu sahələri əhatə edir – deməli, ABŞ addım-addım Rusiyanı bu sahələrdən sıxışdırıb çıxarmaq strategiyasını qəbul edib və bunun üçün taktiki addımlar atır. Bu səfər, həm də Paşinyan və komandasına 7 iyun seçkiləri öncəsi ən böyük dəstək mesajıdır. 

Bu gedişat Azərbaycana srateji olaraq sərfəlidir, amma iqtisadi yarışda geri düşməmək şərti ilə yaxşıdır. Yəni, Ermənistanla sülh müqaviləsi, qarşılıqlı tanıma, səfirliklərin açılması, iqtisadi münasibətlər - bunlar çox yaxşı, amma, Ermənistan bölgədə iqtisadi rəqib olaraq həmişə qalacaq, bölgəyə yönəlik investisiyalar uğrunda gedəcək mübarizədə əsas rəqibimiz olacaq. 

Azərbyacan öz coğrafi, enerji, əhali üstünlüyünü ağılla, strateji doğru qərarlarla üstünlüyə çevirməli, istənilən investisiya üçün ilk ağla gələn ölkə olmaq üçün çalışmalıdır. Bunun üçün isə yeni idarəetmə sistemi, ədalətli məhkəmələr, cəlbedici vergi-gömrük qanunvericiliyi olmazsa-olmazdır. 

Müharibəni və diplomatiyanı böyük üstünlüklə udub, iqtisadi rəqabətdə geri düşmək olmaz, sürətlə dəyişən dünyaya uyğun olan çevik, rifaha indeksli, ədalətli sistem qurmalıyıq – bu qəhrəman Şəhidlərimizin ruhu , böyüyən övladlarımız gələcəyi qarşısında boynumuzun borcudur...

Natiq Cəfərli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Fevral 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri