Icma.az
close
up
RU
Ermənistanla münasibətlərimiz tamamilə ikitərəfli format çərçivəsindədir Sahib Alıyev

Ermənistanla münasibətlərimiz tamamilə ikitərəfli format çərçivəsindədir Sahib Alıyev

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin gündəliyi Azərbaycanın maraqlarına tam cavab verən bir gündəlikdir. Eyni zamanda, Azərbaycan Prezidentinin demək olar ki, burada bir neçə ikitərəfli mühüm görüşləri olur. Azərbaycan, Rusiya və Ermənistan tərəflərinin arasında görüş ola biləcəyi məsələsi də var. Mən bunu açıq istisna edirəm, çünki bizim Ermənistanla münasibətlərimiz artıq tamamilə ikitərəfli format çərçivəsindədir və burada hər hansı bir üçtərəfli formata ehtiyac yoxdur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev qeyd etdi.

"Çin ekspertlərinin, politoloqlarının və ümumiyyətlə, Çinin rəsmi mövqeyini əks etdirən mediada yazılanlara dayanaraq deyirəm ki, onlar 25 illik dövrü üç mərhələyə bölürlər: 2001-dən 2020-yə, 2020-dən 2025-ə və indini artıq üçüncü mərhələnin başlanğıcı dövrü adlandırırlar. Bu mərhələdə əsas olan bağlantı, nəqliyyat, texnologiya və təhlükəsizlikdir. Bu məsələlərin hamısında Azərbaycana ehtiyac duyulacaq xeyli məqamlar var. Birində az, birində çox var. Hətta ilk baxışda təhlükəsizlik məsələsində belə ehtiyac var. Xatırladım ki, bundan əvvəlki mərhələlərin hamısında təhlükəsizlik məsələsi birinci yerdə idi. 2001-ci ildə bu təşkilat yaradılanda, bu təşkilat sərhədlər boyu təhlükəsizliyin təmini və ümumiyyətlə, bununla bağlı irəli çıxa biləcək mübahisələrin dinc yolla həlli məqsədilə yaradılmışdı - həm Mərkəzi Asiya dövlətləri ilə Rusiya arasında, həm Mərkəzi Asiya dövlətlərinin bir-biri ilə, həm də Mərkəzi Asiya dövlətləri ilə Çin arasında".

Millət vəkili vurğuladı ki, 25 ildə proseslərin gedişatına baxsaq, maraqlı mənzərə var:

"Sərhəd problemlərinin həlli məsələsi var idi, bu sərhəd problemlərinin həlli məsələsində Çin qarşısına hansı məqsədləri qoymuşdusa, hamısına çatdı. Bütün sərhəd boyu dövlətlərin hamısından torpaq aldı. Yəni bu, diplomatik yolla reallaşdırıldı. Rusiya isə bu məsələdə çox reaksiyalı idi. Nəticədə, səhv etmirəmsə, hardasa 74 kvadrat kilometr ərazini Çinə verməyə məcbur oldu. Amma mən fikirləşirəm ki, bunun davamı da var, çünki o anlaşmaya görə Böyük Ussuri adasının yarısı Rusiyaya verilmişdi, yarısı Çində qalmışdı. Amma 2023-cü ildə Çinin Təbii Sərvətlər və Ekologiya Nazirliyinin xəritəsində o ada tamamilə Çininki kimi göstərilir. Çin öz məqsədlərinə qədim Çin filosofu Lao Tszının dediyi kimi, dinc yollarla çatır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri