Icma.az
close
up
RU
Ermənistanla sülhə bu qədər yaxın olduğumuz halda proses niyə gecikir? ŞƏRH

Ermənistanla sülhə bu qədər yaxın olduğumuz halda proses niyə gecikir? ŞƏRH

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”.

Bunu bu günkü açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Əlavə edib ki, iki ölkə arasında yeni müharibə olmayacaq.

Lakin son 2 aya yaxındır biz Ermənistan tərəfindən davamlı sülh bəyanatlarını eşitməyimizə baxmayaraq, əməldə görünən bir irəliləyiş yoxdur. Qarşı tərəf hələ də Azərbaycanın istəklərini reallaşdırmaq istəmir.

Sülh məsələsi niyə bu qədər yubanır? Ermənistanın məqsədi nədir? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Ermənistan-Azərbaycan arasında sülh ona görə dalana dirənib ki, Ermənistan sülh müqaviləsini hazırkı formada imzalamağa çalışır. Yəni, müqavilənin mətni razılaşdırılıb və bunun üzərindən sənədi imzalamaqla məsələni bitmiş hesab edir. Azərbaycanın isə dayanıqlı sülhə ehtiyacı var. Azərbaycan hesab edir ki, məhz dayanıqlı sülh Güney Qafqazda sabitliyə imkan yaradacaq. Bunun üçün isə 2 ölkə arasında imzalanan müqavilə həm də Ermənistan cəmiyyəti ilə imzalnmalıdır. Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ləğv etməlidir. Yəni, referendum erməni cəmiyyətinin məsələyə münasibətini müəyyənləşdirəcək.

İkinci məsələ isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın tələbənin yerinə yetirilməməsidir. Qarabağ münaqişəsi həll olunduğu üçün artıq bu qrupun var olmasına da ehtiyac qalmır. Qrupun ləğv edilməməsi Ermənistanın Azərbaycana qarşı hələ də ərazi iddialarının olduğunu göstərir. Ermənistan sülhlə bağlı ancaq müsbət bəyanatlar verir. Lakin əməldə bu özünü tapmır. Yəni, sülhün gecikməsinə bilavasitə Ermənistan özü və Qafqazda güclənmək istəyən güclər səbəb olur. Məhz bu qüvvələr "zəif bənd" olan Ermənistanın vasitəsi ilə bölgədə güclənmək istəyir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 May 2025 05:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri