Icma.az
close
up
RU
ƏrRiyadda “Yaşıl gələcək üçün su davamlılığı forumu keçiriləcək AZƏRTAC

ƏrRiyadda “Yaşıl gələcək üçün su davamlılığı forumu keçiriləcək AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) çərçivəsində "Yaşıl gələcək üçün su davamlılığı" forumu işinə başlayacaq.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, forum çərçivəsində su resurslarının idarə edilməsinin yaxşılaşdırılması və onların səmərəliliyinin artırılması yolu ilə davamlılığının təmin edilməsi üçün müxtəlif təşəbbüslər təqdim ediləcək. Forum dekabrın 13-dək davam edəcək.

Forumun açılış sessiyası "Səudiyyə Ərəbistanı üçün daha yaşıl gələcəyin qurulmasında su resurslarının rolu" mövzusunda olacaq. Bundan əlavə, "Quraq və çox quraq bölgələrdə su resurslarının davamlı idarə edilməsi" adlı yüksək səviyyəli panel iclası təşkil olunacaq. İclasda ərəb ölkələrinin su resursları nazirləri, mütəxəssislər və beynəlxalq su sektorunun liderləri iştirak edəcək. Tədbirdə su istehsalı və emal xərclərinin azaldılmasına töhfə verən texnologiyalardan istifadə imkanları, bərpaolunan su resurslarının rolu və su qıtlığı olan bölgələrdə idarəetmə üsulları müzakirə olunacaq.

Forum çərçivəsində bir sıra təşəbbüslər də elan ediləcək. Bunlardan ən diqqətəlayiqi "Zərqa" təşəbbüsüdür. Təşəbbüs Səudiyyə Ərəbistanında qadınların su sektorundakı rolunun gücləndirilməsini hədəfləyir. "Müsbət su balansı" təşəbbüsü isə təmiz su mənbələrində davamlılığın təmin edilməsinə töhfə vermək məqsədi güdür. Eyni zamanda, su istehlakının azaldılması üzrə əlavə təşəbbüslər də təqdim ediləcək.

Forum çərçivəsində qeyri-kommersiya sektorunda əməkdaşlıq müqavilələri imzalanacaq, beynəlxalq təşkilatlar tərəfindən su sahəsində qabaqcıl siyasət və qanunlar təqdim olunacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Dekabr 2024 04:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri