Icma.az
close
up
RU
ƏrRiyadda İƏTə üzv dövlətlərin əczaçılıq fəaliyyətini tənzimləyən qurumlarının iclası keçiriləcək AZƏRTAC

ƏrRiyadda İƏTə üzv dövlətlərin əczaçılıq fəaliyyətini tənzimləyən qurumlarının iclası keçiriləcək AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 16 dekabr, AZƏRTAC

Dekabrın 17-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə əczaçılıq fəaliyyətini tənzimləyən qurumların rəhbərlərinin üçüncü iclası işə başlayacaq.

AZƏRTAC “ər-Riyad” qəzetinə istinadla xəbər verir ki, “Əczaçılıq sahəsinin tənzimlənməsi, tədqiqat və inkişaf sistemlərinin gücləndirilməsi: mükəmməl tənzimləməyə doğru yollar” mövzusunda keçiriləcək tədbirdə üzv dövlətlərin milli tənzimləmə qurumlarının rəhbərləri və nümayəndələri, həmçinin regional və beynəlxalq təşkilatların bir sıra təmsilçiləri iştirak edəcək.

İki gün davam edəcək iclasda fərdlərin təhlükəsiz, səmərəli və yüksək keyfiyyətli dərmanlara əlçatanlığının təmini yolları müzakirə olunacaq. Eyni zamanda, tədbirin məqsədi milli tənzimləmə qurumları arasında birgə fəaliyyətin və konstruktiv əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir.

Bundan başqa, tədbirdə milli tənzimləmə qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyət planı müzakirə olunacaq. Biotexnologiyaların lokalizasiyası, tədqiqat və inkişaf üçün tənzimləmə mühitinin yaxşılaşdırılması, yüksək keyfiyyətli dərmanlar və peyvəndlərin təminatı mövzuları diqqət mərkəzində olacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see134

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri