Icma.az
close
up
RU
Ərzaq məhsulları il ərzində az qala 2 dəfə bahalaşır, amma Dövlət Statistika Komitəsi inflyasiyanı 6% elan edir

Ərzaq məhsulları il ərzində az qala 2 dəfə bahalaşır, amma Dövlət Statistika Komitəsi inflyasiyanı 6% elan edir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanın Maliyyə Nazirliyi “S&P Global Ratings” agentliyi ilə müqavilə əsasında əməkdaşlığı dayandırıb. Nazirlik bildirir ki, 2000-ci ildən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edilir və bu müddətdə “Fitch”, “S&P Global Ratings” və “Moody’s” agentlikləri ilə həm ödənişli, həm də ödənişsiz əsaslarla reytinq qiymətləndirmələri aparılıb. Son 5 ildə Azərbaycan “Fitch” və “S&P” ilə ödənişli, “Moody’s” ilə isə ödənişsiz əsasda əməkdaşlıq edib. İqtisadiyyatda müşahidə olunan müsbət meyllər nəticəsində 2024-cü ildə “Fitch”, 2025-ci ildə isə “Moody’s” tərəfindən ölkənin suveren kredit reytinqi investisiya səviyyəsinə (“BBB-” və “Baa3”) yüksəldilib. Hər iki agentlik Azərbaycanın güclü fiskal və xarici mövqeyini, aşağı dövlət borcunu və müsbət büdcə göstəricilərini vurğulayıb. Gələcəkdə yalnız “Fitch” və “Moody’s” ilə ödənişli əməkdaşlığın davam etdirilməsi planlaşdırılır. “S&P Global Ratings” ilə isə əməkdaşlıq müqaviləsiz, yəni ödənişsiz əsasda davam etdiriləcək.Maliyyə Nazirliyinin “S&P Global Ratings” ilə əməkdaşlığı dayandırması ölkənin iqtisadi araşdırmaları istiqamətindəki işlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın dayandırılması investor etimadına təsir göstərə və ölkənin beynəlxalq maliyyə bazarlarında risklərini artıra bilər.

Akif Nəsirli

“Maliyyə Nazirliyinin S&P Global Ratings ilə əməkdaşlığını dayandırması ölkənin iqtisadi araşdırmalarına bir neçə cəhətdən təsir edə bilər. S&P əvvəllər Azərbaycanın iqtisadi göstəricilərini, suveren kredit reytinqlərini və bank sektoru qiymətləndirmələrini təqdim edirdi. Bu məlumatlar xarici investorlar və beynəlxalq maliyyə institutları üçün obyektiv göstərici kimi çıxış edirdi. Əməkdaşlığın dayandırılması investor etimadına təsir göstərə və ölkənin beynəlxalq maliyyə bazarlarında risklərini artıra bilər. Kredit cəlbi və investisiya axınları üçün əlavə çətinliklər yarana bilər. Həmçinin S&P‑dən gələn proqnoz və risk hesabatlarının olmaması iqtisadi planlama və strateji qərarlar üçün məlumat boşluğu yarada bilər.

Buna baxmayaraq, digər beynəlxalq agentliklər və ya daxili analitik mərkəzlər vasitəsilə məlumat toplamaq mümkündür. Dövlət bu qərarı daxili maliyyə imkanlarını vurğulamaq və xarici borclanma strategiyalarını yenidən nəzərdən keçirmək kimi səbəblərlə izah edə bilər. Nəticədə, bu addım bəzi risklər doğursa da, ölkənin iqtisadi analiz imkanları tamamilə dayanmır və alternativ mexanizmlərlə əvəzlənə bilər. Həm də Maliyyə Nazirliyi digər reytinq agentlikləri ilə də əməkdaşlıq edir, yəni bu yeganə reytinq agentliyi deyil, amma onun da bu sırada olması müsbət hal idi, çünki mötəbər reytinq agentliklərindən biridir.

S&P ilə bizim hesablamalarımız arasında yaranan fərqə görə küsmək lazım deyil, araşdırmaq lazımdır, görək kim səhv və ya qərəzli hesablayıb. Bəlkə doğrudan biz göstəricilərimizi həddən artıq siyasiləşdiririk (şişirdirik), ona görə də S&P göstəriciləri ilə uyğun gəlmir? Hər halda Azərbaycan statistikasının mötəbərlik dərəcəsi də göz önündədir. Ərzaq məhsulları il ərzində az qala 2 dəfə bahalaşır, amma Dövlət Statistika Komitəsi deyir ki, inflyasiya il ərzində 6% təşkil edir”-deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri