Icma.az
close
up
RU
“Ərzaq təminatı xəritəsi” yaradılır Bu sistem qiymətləri dəyişəcək?

“Ərzaq təminatı xəritəsi” yaradılır Bu sistem qiymətləri dəyişəcək?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, “Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılmalıdır.

Son vaxtlar dünyada ərzaq bahalaşması, qıtlıq təhlükəsi kimi məsələlər hamını düşündürür. İnsanları daha çox maraqlandıran sual isə budur: sabah ərzağımız olacaqmı, qiymətlər necə olacaq?

Bu baxımdan İlham Əliyevin imzaladığı yeni fərmanla ölkədə “Ərzaq təminatı xəritəsi” adlı bir sistemin yaradılması diqqət çəkir. Bu sistem vasitəsilə ölkədə nə qədər ərzaq var, haradan gətirilir, necə paylanır – hamısı bir mərkəzdən izləniləcək. Məqsəd odur ki, xalq çətin durumda ərzaqsız qalmasın.

Bəs bu “Ərzaq təminatı xəritəsi” sadə vətəndaşın gündəlik ərzaq qiymətlərinə və bazardakı vəziyyətə real təsir göstərəcəkmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu gecikmələri, idxalda yaranan problemləri izləməyə imkan verəcək və idxalla məşğul olan şəxslərlə iş aparılacaq:

“Ərzaq təminatı xəritəsi qiymətlərə birbaşa təsir etməyəcək. Yəni, ərzaq təminatı xəritəsi hazır oldu, bazarda pomidorun qiyməti avtomatik düşməyəcək və ya qalxmayacaq. Bu xəritə bunun üçün nəzərdə tutulmayıb.

Bazarda qiymətlər tələb-təklif əsasında tənzimlənir. Hansısa məhsuldan bazara daha çox çıxarılırsa, onun qiyməti düşür. Hansısa məhsuldan az çıxarılırsa və tələbat yüksəkdirsə, o zaman qiymət qalxır. Eyni zamanda məhsulun istehsal xərcləri artanda da qiymət yüksəlir, xərclər azalanda isə qiymət aşağı düşür və s. Bu sadəcə informasiya mühitini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Hökumət biləcək ki, idxal haradandır, hansı məhsul hansı ölkədən gəlir, həcmi nə qədərdir. Bu məlumatlar indinin özündə də var, sadəcə indi onları daha səliqəli, sistemli və davamlı şəkildə hazırlayırlar ki, qərar qəbuletmə prosesi daha effektiv olsun.

Məsələn, anbarlardakı ehtiyatların həcmi nə qədərdir, tranzit və logistika vəziyyəti nə yerdədir, hansı məhsul hansı istiqamətdən gəlir və orada nə qədər sıxlıq var. Həmçinin hansı məhsulların daxili istehsalı hansı dövrdə nə qədər artır, nə qədər azalır – bütün bunlar sistemli şəkildə görünəcək.

Bu imkan verəcək ki, hökumət ümumi vəziyyəti daha yaxşı başa düşsün, ehtiyatları və imkanları düzgün qiymətləndirsin ki, sabah hansısa problem yarananda, panika olanda və ya hansısa yol bağlananda düzgün planlaşdıra bilsin və böhran şəraitində düzgün davransın. Eyni zamanda məqsədlərdən biri də tək bir mənbədən idxaldan asılı qalmamaq, yəni diversifikasiya etməkdir.

Bu mənada, bu xəritə tənzimləmə baxımından fayda verəcək. Amma qısa müddətdə heç bir təsiri olmayacaq. Bu, dediyim kimi, bir monitoring və planlaşdırma alətidir. Dövlət özü birbaşa çox böyük həcmdə məhsul alıb gətirmədiyinə görə, bu sistem daha çox informativ üstünlüklər yaradacaq. Qısa və orta müddətdə təsirləri məhdud olacaq, əsas funksiyası planlaşdırma və müşahidədir.

Orta müddətli dövrdə isə bu gecikmələri, idxalda yaranan problemləri izləməyə imkan verəcək və idxalla məşğul olan şəxslərlə iş aparılacaq. Məsələn, hesabatlara baxıb görsələr ki, idxalda problem var, həmin sahibkarlarla işləyəcəklər, lazım gələrsə, tədbirlər gücləndiriləcək. Məqsəd orta müddətli dövrdə qıtlığın yaranmasının qarşısını almaqdır.”

İqtisadçının sözlərinə görə  bununla Strateji Ehtiyatlar Agentliyi ehtiyatlarını düzgün planlaşdıra biləcək:

“ Bu da orta müddətdə kəskin qıtlıq və kəskin qiymət sıçrayışlarının qarşısının alınmasına kömək edə bilər.

Uzun müddətli dövrdə isə bütün bu məlumatlar əlində olduqdan sonra dövlət qərar verə biləcək ki, hansı sahəni yerli istehsal etsin, hansı sahələrə daha çox diqqət ayırsın, harada diversifikasiyaya getsin, hansı məhsullar üzrə logistikanı və anbar infrastrukturunu artırsın. Yəni, ümumilikdə ehtiyatların daha doğru idarə olunmasına keçiləcək.

Amma ümumilikdə bu xəritə qiymətləri dəyişməyəcək. Xüsusilə qısa müddətdə qiymətlərə təsiri olmayacaq, çünki qiymətlərin formalaşmasının fərqli səbəbləri var. Amma ümumi baxımdan bu addım müsbətdir və dövlət idarəçiliyinin keyfiyyətini yaxşılaşdıracaq.

Yəni, sabah mağazaya gedəndə nə pomidorun, nə də ətin qiymətinin bu xəritəyə görə qalxıb-düşəcəyini gözləmək olmaz.”

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri