Icma.az
close
up
RU
Əsas hədəf: Yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq Yeni Gündəm

Əsas hədəf: Yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq Yeni Gündəm

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

“Dövlət başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, regionda və dünya siyasətində rolunun, yeni  dünya nizamının formalaşması prosesinə verə biləcəyi töhfələrin, eyni zamanda, 2025-ci il üçün hədəflərinin təqdimatı oldu. Ötən ilin sosial-iqtisadi göstəricilərinə diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki, bunlar sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan  iqtisadi sahədə dayanıqlı inkişafa nail olub.  Bu il və gələn illərdə də bu dinamika saxlanılacaq.

Nəzərə alsaq ki, büdcə parametrləri  hər bir ölkənin iqtisadi potensialını əks etdirir, bu halda cari ilin dövlət büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb.  Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amillər bir daha təsdiqləyir ki, ölkəmiz  yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə nail olub. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində  bu çağırışı etmişdir ki, əməkhaqqları, pensiyalar ildə ən azı iki dəfə artırılacaq. Yoxsulluq səviyyəsi heçə enməlidir. Təbii ki, bu hədəflər Azərbaycanın dayanıqlı inkişafına əsaslandı. İqtisadiyyatın inkişaf etdirilməsi bütün dövrlər üçün əsas çağırışdır. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildən uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticələri göz qabağındadır. Təkcə bu statistik rəqəmləri diqqətə çatdırmaqla vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını görərik. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi böyük hədəfi olan ölkədə sosial müdafiənin gücləndirilməsinin prioritetliyi dövlətimizin siyasətinin mahiyyətini göstərir.  Sosial ədalət prinsipləri həmişə öndə dayanır. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”.

“Yeni Gundem” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində əsas diqqət göstərdiyi uğurlar sırasında COP29-a ev sahibliyimiz və D-8 təşkilatına üzv qəbul edilməyimiz xüsusi yer tutur: “Cənab İlham Əliyev bu mühüm məqamı  qeyd etdi ki, regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi.  Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Bu, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”.

Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu reallığa da diqqəti yönəltdi: “Vurğuladı ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır.

Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk ailəsinin həmrəyliyini diqqətə çatdırır. Türk Dövlətləri Təşkilatının beynəlxalq müfuzunun artmasına Azərbaycanın və qardaş Türkiyənin verdiyi töhfələr daim təqdim edilir”.

Millət vəkili bildirib ki, hazırkı dövrün əsas çağırışlarından biri Azərbaycanın yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmasıdır: “Cənab İlham Əliyev vurğuladı ki, biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi,  məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı  ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar  xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Ölkəmiz uğurlu  siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb.  Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya, bir tərəfimiz Avropaya uzanır. Bu böyük coğrafiyada Azərbaycan  əvəzolunmaz ölkəyə çevrilir”.

Malik Həsənov Azərbaycanın hər bir hədəfə  ardıcıllıqla nail olduğunu önə çəkərək bunu şərtləndirən əsas amillər sırasında ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimizi xüsusi qeyd edib: “Tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olduq. Bu Zəfərlərin yaratdığı reallıqlar əsasında Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibədə bu hədəfə də xüsusi diqqət yönədərək bildirdi ki,  nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın işğalı dövründə  Qərbi Azərbaycan məsələsi ilə fəal məşğul ola bilməzdik. Hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki,  bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. Əminliklə qeyd edildi ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Yanvar 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri