Icma.az
close
up
RU
“Əsas maneə ABŞ və Almaniyadır” 4 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü istəmir AzPolitika onlayn siyasiictimai qəzet

“Əsas maneə ABŞ və Almaniyadır” 4 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü istəmir AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Almaniya və ABŞ hələ ki, Ukraynaya NATO-ya üzv olmaq üçün rəsmi dəvətin verilməsini dəstəkləməyə hazır deyil.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” ictimai kanalı Alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Mənbə qeyd edib ki, ABŞ və Almaniyanın mövqeyi Ukraynanın NATO-ya dəvəti məsələsinin baxılmasında əsas maneədir: “Problem əsasən ABŞ və Almaniyadadır. Biz onları ən çox nəyin narahat etdiyini təxmin edə bilərik. Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil”.

Bundan əlavə, mənbə bildirib ki, Slovakiya və Macarıstan da Ukraynaya dəvətin əleyhinədir: “Bu, onların siyasətçilərinin bəyanatlarından da aydın görünür”.

Xatırladaq ki, noyabrın 28-də Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa NATO-dakı həmkarlarına Ukraynanı Alyansa dəvət etmək üçün müraciət edib: “Mən sizi 3-4 dekabrda keçiriləcək NATO xarici işlər nazirlərinin görüşünün nəticələrindən biri kimi Ukraynanı Alyansa qoşulmağa dəvət etmək qərarına gəlməyə çağırıram”.

NATO-nun nazirlər toplantısının başlandığı gün Ukrayna Xarici İşlər Nazirliyi mümkün təhlükəsizlik təminatları ilə bağlı öz rəsmi mövqeyini də açıqlayıb. Sənəddə vurğulanır ki, Ukrayna NATO üzvlüyünə alternativ formatlardan, yəni, ayrı-ayrı ölkələrin təhlükəsizlik təminatlarından imtina edir. Bu zaman bədnam Budapeşt sazişi xatırladılır ki, həmin razılaşmaya görə, Ukrayna nüvə silahından Rusiyanın xeyrinə imtina etmək müqabilində təhlükəsizlik təminatı almışdı. Ancaq Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsi həmin sazişin və böyük dünya dövlətlərinin verdikləri təhlükəsizlik təminatının heç bir dəyərinin olmadığını göstərdi.

C.Məmmədov

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri