Icma.az
close
up
RU
“Laçın Azərbaycanın strateji qələbəsi və qəhrəmanlıq simvoludur” HƏRBİ ESKPERT

“Laçın Azərbaycanın strateji qələbəsi və qəhrəmanlıq simvoludur” HƏRBİ ESKPERT

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İşğaldan sonra Ermənistan 30 ildən artıq müddət ərzində Qarabağı silahlandırmaq üçün məhz Laçın yolundan istifadə edib. Daha sonra ikinci bir yol Kəlbəcərdən inşa olunsa da, əsas strateji yol olaraq Laçın qalırdı. Bu yol Ermənistan üçün silah, sursat, şəxsi heyət və texnikanı Qarabağa çatdırmaq, bu vasitələrdən Azərbaycana qarşı istifadə etmək üçün “nəfəs borusu” funksiyasını yerinə yetirirdi”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib:

“Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin qəhrəman fəaliyyəti nəticəsində bu strateji yolun qapanması mümkün oldu. Laçının üç kəndi müharibə nəticəsində Azərbaycanın nəzarətinə keçdi. 1900 kvadratkilometrlik ərazi və yüksək dağlıq relyef, həmçinin bol sulu çaylar bu ərazilərin azad edilməsini çətinləşdirirdi.

Azərbaycanın əldə etdiyi qələbə, Ermənistanın diz çökərək təslim olmaq sənədini imzalaması ilə nəticələndi və məhz müharibənin başa çatmasının 20-ci günü, yəni 1 dekabr tarixində Laçın Azərbaycana qaytarıldı. Bu gün Laçın yenidən bərpa olunur, vətəndaşlarımız qayıdır və kiçik rayon mərkəzində artıq 20 yeni bina tikilir.

Laçının dağları, həmçinin Zəngəzur ərazisi, Azərbaycan bayrağı ilə fəxrlə dalğalanır. Buradan Azərbaycan əsgəri düşmənin fəaliyyətlərini həm pilotsuz, həm də pilotlu vasitələrlə, eləcə də gözləri ilə müşahidə edir. Bu ərazilərdə hər bir hərəkət Azərbaycan tərəfindən nəzarət altındadır.

Ermənistan isə artıq son 20 ay ərzində anladı ki, Azərbaycanla müharibə aparmaq ölkəsinin məhvinə gətirib çıxarır. Bu uğurun əsasında Ali Baş Komandanın məqsədyönlü fəaliyyəti, əsgərlərimizin qəhrəmanlığı və ordumuzun fədakarlığı dayanır. Laçının atəş açılmadan, diplomatik və hərbi strategiya nəticəsində qaytarılması da bu qələbənin elementlərindən biridir.

Bugün xoşbəxtik ki, Laçında və digər azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Laçının hər daşında, hər qayasında qəhrəman Azərbaycan əsgəri dayanır. Hər bir nöqtədə şəhidlərimizin zəfər dolu xatirəsi yaşanır. Bu azadlıq itkisiz mümkün olmayıb, amma bu itkilər Azərbaycanın zəfərinə, Laçın və digər ərazilərin tam bərpasına səbəb olub.

Bu gün biz ordumuzla, rəhbərimizlə, vətənimizlə, daşımızla, qayamızla qürur duyuruq”.

Qeyd edək ki, Laçın 2020-ci ilin 1 dekabrında işğaldan azad olunub.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri