Icma.az
close
up
RU
Ana Qanunumuz 30 yaşında! ŞƏRH

Ana Qanunumuz 30 yaşında! ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan dövlətçiliyinin yeni tarixində 1995-ci il noyabrın 12-si mühüm bir səhifə kimi yazılıb. Həmin gün xalqımızın iradəsi ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası – Ana Qanunu qəbul olundu. Bu sənəd müstəqil dövlətçiliyin hüquqi əsaslarını müəyyənləşdirdi, xalq hakimiyyətinin, demokratik idarəçiliyin, insan hüquq və azadlıqlarının təminatını özündə ehtiva edən fundamental dəyərləri təsbit etdi.

Konstitusiyanın qəbuluna aparan yol heç də asan olmadı. Dövlət müstəqilliyinin ilk illərində ölkədə dərin siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədə xaos hökm sürürdü. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyi xilas edildi, sabitlik bərpa olundu və ölkənin hüquqi-siyasi inkişafı üçün möhkəm zəmin yaradıldı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sabitliyin, qanunun aliliyinin və müasir dövlət idarəçiliyinin hüquqi əsasına çevrildi.

Konstitusiyanın qəbulunda yüksək ictimai iştirak təmin olunmuşdu: referendumda seçicilərin 86 faizdən çoxu iştirak etmiş, onların mütləq əksəriyyəti – 91,9 faizi Ana Qanunun lehinə səs vermişdi. Bu, xalqın dövlətçiliyə, azadlığa və sabitliyə verdiyi tarixi dəstəyin göstəricisi idi.

Yeni Konstitusiya ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi təsbit olundu. Dövlət hakimiyyətinin mənbəyi xalq elan edildi, idarəetmədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin ayrılığı prinsipi bərqərar oldu. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədi kimi müəyyənləşdirildi. Heydər Əliyev bu barədə demişdi: “Konstitusiya dövlətimizin sütunudur, xalqın iradəsini, hüquqi dövlətin mahiyyətini özündə birləşdirən əsas sənəddir.”

1995-ci ildən etibarən ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sistemli xarakter aldı. Qanunvericilik bazası təkmilləşdirildi, idarəetmə strukturları hüquqi normalara uyğunlaşdırıldı, məhkəmə-hüquq islahatları həyata keçirildi. Qısa müddətdə Mülki, Cinayət, Əmək, Vergi məcəllələri qəbul olundu, məhkəmə sistemində şəffaflıq və məsuliyyət prinsipləri bərqərar edildi. Hüquqi nəzarətin mühüm institutu kimi Konstitusiya Məhkəməsinin yaradılması dövlətin hüquq sistemində mütərəqqi bir mərhələnin başlanğıcı oldu.

Azərbaycanın beynəlxalq hüquq sisteminə inteqrasiyası da Konstitusiyanın prinsiplərinə əsaslanırdı. Ölkəmiz BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində ciddi öhdəliklər götürdü. 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu, Avropa İnsan Hüquqları Konvensiyası ratifikasiya edildi. Bu, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasında dönüş nöqtəsi idi.

Dövlət idarəçiliyində çevikliyin artırılması və cəmiyyətin inkişaf tələblərinə uyğun olaraq Konstitusiyaya sonrakı illərdə üç dəfə – 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər siyasi sistemin təkmilləşdirilməsinə, vətəndaş hüquq və azadlıqlarının daha geniş təmininə, gender bərabərliyinin gücləndirilməsinə və idarəetmədə səmərəliliyin yüksəldilməsinə xidmət etdi. 2016-cı il referendumunda təsbit olunmuş vitse-prezidentlik institutu ölkənin icra hakimiyyətində strateji çeviklik yaratdı.

Bu gün Konstitusiyamız yalnız hüquqi sənəd deyil, həm də dövlət müstəqilliyimizin, suverenliyimizin və milli iradəmizin təcəssümüdür. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusion quruluşu və suveren hüquqları ölkənin bütün ərazisində bərpa olundu. Bu, Ana Qanunumuzun “Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünməzdir və toxunulmazdır” müddəasının tam şəkildə reallaşması demək idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, təkcə tarixi ədalətin deyil, Konstitusiyanın ali prinsiplərinin də təmin olunmasıdır.”

Bu reallıq Konstitusiyanın həyatiliyi və aktuallığını daha da möhkəmləndirdi. Dövlətin suverenliyinin bütün ərazilərdə təmin olunması, qanunun aliliyinin və ədalətin bərpası Ana Qanununun mahiyyətinə uyğun olaraq yeni tarixi mərhələ açdı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsal dövlət idarəetməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və insan hüquqlarının müdafiəsi üzrə qəbul olunan qərarlar Konstitusiyanın ideyalarına sadiqliyin bariz təzahürüdür. Müstəqil Azərbaycan dövləti bu prinsiplər üzərində duraraq sürətli, sabit və dayanıqlı inkişaf yolunu davam etdirir.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də bu baxımdan rəmzi və məzmunlu qərardır. Bu il təkcə hüquqi sənədin yubileyi deyil, həm də 30 il ərzində əldə olunan nailiyyətlərin, hüquqi dövlətçilik ənənələrinin və suverenliyin təntənəsidir.

Ana Qanunumuzun 30 illiyi müstəqil Azərbaycan dövlətinin yetkinliyinin, vətəndaş məsuliyyətinin və milli birliyin göstəricisidir. Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində Konstitusiyamız bu gün də özünün ən yüksək mənasında – xalqın iradəsini, dövlətin gücün və ədalətin əbədiliyini ifadə edir.

Fərhad Baxışov,

YAP Neftçala rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri