Icma.az
close
up
RU
Əsəbiyəm, özümə gələ bilmirəm, 3 ildir... İlkin Dövlətov Avroviziyadan danışdı

Əsəbiyəm, özümə gələ bilmirəm, 3 ildir... İlkin Dövlətov Avroviziyadan danışdı

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, İsveçrənin Bazel şəhərində keçirilən beynəlxalq musiqi yarışı “Avroviziya 2025”də ölkəmizi təmsil edən “Mamagama” qrupu finala çıxa bilməyib.

Son 3 ildə Azərbaycan təmsilçilərinin finala vəsiqə qazana bilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az müzakirələrlə bağlı Azərbaycanın ötənilki təmsilçilərindən biri olan İlkin Dövlətovun fikirlərini öyrənib.

Sözügedən müsahibəni təqdim edirik:

"Keçənilki kimi yenə də bizə haqsızlıq olundu"

- İlkin bəy, ötən gün təmsilçilərimiz finala vəsiqə qazana bilmədi. Eyni nəticə ötən il sizdə də olmuşdu. Avroviziya səhnəsinə çıxmış biri kimi builki nəticəni necə qiymətləndirirsiniz? Belə bir nəticə gözləyirdinizmi?

- “Mamagama” qrupu Azərbaycanda olan ən istedadlı qruplar arasında birincilərdəndir. Çünki şəxsən tanıyıram, dostlarımızdır. Onların mahnısındakı klipdə Fəxri ilə mən də çəkilmişdik. 

Bu il deleqasiya dəyişiklikləri oldu. Yaxşıya doğru əllərindən gələni etdilər. Ümumiyyətlə, biz ölkə olaraq hər il çox yaxşı hazırlaşırıq. 2008-ci ildən bəri biz bəzi hallarda avropalı kimi görsənirik. Keçən il daha çox milliliyə üstünlük verdik. Həm muğam, həm Azərbaycan dili oldu. Keçən il bizi bir az qınadılar ki, Avropalılar nə bilir muğam nədir?! Biri dedi ki, muğama görə keçə bilmədik, biri dedi, paltar belə, biri dedi, səhnə elə. İnsanların fikirləri bizim üçün dəyərlidir. Razılaşdıq. Yaxşı, bəs bu il nə baş verdi? Mənə maraqlıdır. 

Məsələn, keçən il bizi heç pre-partilərə göndərmədilər. Dedilər ki, vaxt azdır, çatdıra bilmirik. Ancaq səhnə məşqlərimizi etdik, amma bu il uşaqlar bütün pre-partilərə qatıldılar. Bu da çox vacibdir. Çünki o ölkələrdən sənə SMS gəlir. Onlarla ünsiyyətdə olursan. Builki səhnəni, mahnını çox bəyənirdim, çox ümidli idim. Çünki doğrudan da yaxşı idi. Bu, bir vokal yarışıdır. Əgər burada sırf səhnə nəzərdə tutulursa, bununla tam razı deyiləm. Əgər bu vokal düzgündürsə, hər şey normaldırsa, səhnə ikinci planda olmalıdır. Amma indi şou, digər xoşagəlməz hallar var. 

Düşünürəm ki, bu il keçənilki kimi yenə də bizə haqsızlıq olundu. Çünki avropalılar bizi çox istəyirdi. Hələ təkcə mənim muğam hissəmi nə qədər insanlar paylaşmışdı. Reaksiyalarını görürdüm. Bununla belə bizə SMS dəstəyi olmadı. 

"Bir həftədir ermənilər mənə zəng edir"

- Ötən il səs analizi edən bir sıra yutub kanalları sizin haqqınızda videolar paylaşmışdı, çox tərifləyirdilər. Yazırlar ki, sosial şəbəkələrdə bəzi avropalılar builki ifaçımızın səsi ilə bağlı xoşagəlməz zarafatlar edirlər. Həmçinin uğursuzluğa görə, ölkəmizin müsabiqədəki musiqi prodüseri Eldar Qasımov da tənqid edilir.

- Burada Eldarın və ya başqasının günahı yoxdur. Bilirsiniz, bütün işlər görünür. Səhnə var idi, mahnı var idi, oxunuş var idi. Asəf fərqli səs rənginə malik ifaçıdır. Onu tənqid edənlər bizi istəməyənlərdir. 

Son günlərdə - 1 həftədir şəxsi nömrəmə zənglər gəlir. Mənim nömrəmi götürüb Ermənistan saytlarında yayıblar. Kim edib, niyə edib bilmirəm. Erməni vətəndaşları mənə zəng edib danışmağa başlayırlar. Özüm danışmıram, menecerim onlarla ingilis dilində danışır.  

Bu misalı ona görə çəkirəm ki, Asəfin səsinə lağ edən insanlar konkret olaraq bizi sevməyən insanlardır. Bu dəqiqə orada SMS yarışıdır. Aydın məsələdir ki, böyük dövlətlərlə eyni sıradayıq. Kor-kor, gör-gördü. İstəmirlər ki, finala keçək, uğur qazanaq. Bizə SMS göndərmirlər.

- Ermənilər sizə zəng edib nə deyir?

- Məqsədləri nədir bilmirəm. Almaniya nömrələrindən zəng gəlir. Əsasən gənclərdir. Əvvəlcə danışırlar, sonra da lazımsız söhbətlər edirlər. Bizə də maraqlıdır ki, bunlar nəyə görə zəng edirlər. Özlərinə məxsus lazımsız fikirlər səsləndirirlər, gic-gic danışırlar. Bu misalı ona görə çəkdim ki, Asəfin səsinə lağ edənlər belə adamlardır. 

Biz həmişə fərqli olmuşuq, fərqli yanaşmışıq. Digər ölkələr kimi standart işlər görmürük. Düzdür, avropalını təəccübləndirmək çətin məsələdir.

Təmsilçimiz səhnəyə sazla çıxdı, təbliğat apardılar. Ötən il muğamın təbliğatı getdi. Bu il “Mamagama” qırmızı xalçada olanda üzərində xalça elementləri olan paltar geyinmişdilər. Ötən il mən geyindiyim paltarın üzərində də kələğayı və xalça elementləri vardı. Biz təbliğat aparırıq, bizə verilən sullara da lazımi cavablar veririk. 

Ötən il bir jurnalist gəlib mənə Qarabağ münaqişəsi haqqında sual verdi. Deyirəm ki, musiqi ilə bağlı tədbirdə mənə nə üçün siyasi məzmunlu suallar verirsiniz? Məqsədiniz nədir? Adama şüuraltı təsir göstərməyə çalışırlar. Baxırsan ki, sənə qarşı soyuqluq var, hiss edirsən. İnsanı ruhdan salan məsələlər var.

- Siyasət demişkən, son illərdə deyirlər ki, “Eurovision” mahnı müsabiqəsi olmaqdan çoxdan çıxıb, artıq hər şey siyasi məsələlərlə tənzimlənir. Siz də dediniz ki, hər şeyi yaxşı etməyimizə baxmayaraq bizə haqsızlıq oldu. Ona görə soruşuram ki, siz də müsabiqə ilə bağlı səsləndirilən fikirlərə qatılırsınızmı?

- Əslində, razıyam. “Eurovision”ı musiqi yarışından çox siyasi yarışa çeviriblər. Açıq-aşkar göz qarşısındadır. Bu, birmənalı olaraq belədir.

"Dünəndən bəri özümə gələ bilmirəm"
- Geyim məsələsi də son illərdə çox müzakirə olunur. 2023-cü ildəki təmsilçilərimiz Tural və Turan qardaşlarının avropalılara xoş olsun deyə güllü-çiçəkli geyindiyi deyilirdi. Çingiz Mustafayev də 2 il əvvəl demişdi ki, onu da vaxtilə özünə yaraşmayan paltar geyinməyə məcbur ediblər, amma razılaşmayıb.

- Əvvəla heç kimi məcbur etmirlər ki, gəl, bunu geyin. Məsələn, keçən il stilist azərbaycanlı xanım idi. O dedi ki, mən tərəfdarı deyiləm ki, siz onlar kimi geyinəsiniz. Bizə 2-3 geyim təklif etdi. Dedi ki, Azərbaycandan təmsilçi olaraq 2 kişi gedir, geyimlər ona uyğun olmalıdır. Burada Tural və Turan istəsəydi, deyə bilərdilər ki, bunu geyinmək istəmirik. Bu məsələdə ilk növbədə iştirakçının fikirləri önəm daşıyır. Əgər mən razı deyiləmsə, onu heç kim mənə geyindirə bilməz. 

Son dövrlərdə nə kəramətdirsə, bəzi gənc Avroviziya fanatları iştirakçılarımız haqqında lazımsız sözlər danışırlar. Onları ruhdan salırlar. Bəzi hallarda baxıram ki, bizə düşmən lazım deyil. Təbii ki, hər kəsi nəzərdə tutmuram. 

İnsan xaricə olanda öz yerlilərindən dəstək gözləyir. Amma baxırsan ki, baltalayanların çoxu elə onlardır. Bu da adamı ruhdan salır. Yaxşı, biz pis olduq. Təmsilçilərimiz yüksək səviyyədə hazırlaşmışdılar. Onlara sual vermək istəyirəm ki, bu il problem nə idi? Niyə finala keçə bilmədik? İndi gəlsinlər, sualıma cavab versinlər. Dedilər, ötən il bizdə, səhnəmizdə, paltarımızda problem vardı. Öz-özlərinə nağıl danışırlar. Niyə aqressiv danışıram? Çünki əsəbiyəm. Dünəndən bəri özümə gələ bilmirəm, axşam yata bilməmişəm. Bir azərbaycanlı olaraq istəyirəm ki, bu haqsızlığa son qoyulsun. Olmaz belə. 3 ildir ardıcıl bizi kəsirlər. Biz kəsilmirik, bizi kəsirlər. 

- Dediniz ki, dəstək zəifdir. Son illərdə sosial şəbəkə istifadəçiləri təmsilçilərimiz finala vəsiqə qazana biməyəndə sanki məyusluq hiss etmirlər. Yazırlar ki, yaxşı oldu. Bunun səbəbini nədə görürsünüz?

- Əgər dövlətimiz bizi o yarışda görürsə, demək ki, düzgün fikirləşir. Biz o yarışlarda olmalıyıq. Çünki inkişaf etməkdə olan dövlətik. Avropada dilimizin, bayrağımızın, dövlətçiliyimizin təbliğatı gedir. Avroviziya bu tərəfdən çox yaxşıdır. Bunu qəbullanmaq lazımdır. Qəbul etməyən insanlar evdə oturub onun-bunun uğuruna uğursuzluq qatanlardır. Ölkəniz müsabiqəyə qatılır, sevinin də. Avropada azərbaycanlıları, istedadlı insanlarımızı, bayrağımızı görürlər, dilimizlə, musiqimizlə maraqlanırlar. Bunun nəyi pisdir? Vallah, danışmaq asandır. Deyirlər ki, bizim orada nə işimiz var, niyə gedirik? Yaxşı, bütün yarışlardan çəkilək, getməyək. Axı sənin ölkəni görməlidirlər, turistlər gəlməlidir, ölkən inkişaf etməlidir. Onu yazanların ümumiyyətlə bu işlərlə əlaqəsi yoxdur. Ağızlarına gələni yazırlar. 

Bəzi hallarda da insanları da qınamıram. Artıq 3 ildir Azərbaycandan gedən iştirakçılar layiqli yer tuta bilmirlər, qarşısını kəsirlər. Bilirsiniz niyə? Çünki ondan əvvəl münsiflər heyəti vardı, yarımfinaldan finala keçmək üçün xal verirdilər. Onu yığışdırıblar, SMS yarışması ediblər. Ölkəmizdə keçirilən SMS yarışlarına baxın. Hansı haqlıdır? SMS-ə qalan yarışmadan qalibiyyət gözləməyin. Ən yaxşısını dövlətimiz bilir. Nə etmək lazımdır. Çəkilmək, yoxsa getmək lazımdır, buna qərar vermək bizə düşməz. 

Haçansa yenə dəvət edərlərsə, tək gedib ölkəmizi təmsil edərəm. Amma belə baxıram ki, biz hələ uzun müddət finala düşə bilməyəcəyik. Gedişatı görən biri kimi belə hiss edirəm. İşimiz SMS-ə qalıbsa, çətin olacaq.

Qeyd edək ki,  2024-cü ildə Azərbaycanı "Avroviziya"da müğənnilər Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov "Gəl özünlə apar" adlı mahnı ilə təmsil edib. İştirakçılarımız finala vəsiqə qazana bilməyib.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see212

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see175

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see164

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see141

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see138

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see132

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see128

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see126

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see125

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see124

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see124

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see123

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see123

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri