Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son gün

Birdən yaşamağa gücüm çatmasa,

İşdi, birdən ölsəm, incimə məndən.

Fəsillər dəyişir insan ömrütək,

Ayrı pəncərədən baxırsan hərdən.

Birdən bu tikantək batan ömrümün

Son anı yetişdi, son günü çatdı.

Hisslərim qocalıb, göz yaşım bitib,

Elə hiss edirəm, ta çataçatdı.

Mənim səhərlərə sözüm tükənib,

Bir evim olmadı qapısı sınıq.

Gözəl gül baxçalı bağım olmadı,

Qoca qovaq kimi budağım qırıq.

Kim çatdı, qopardı, getdi canımdan,

Kim getdi, geriyə gətirəmmədim.

Zəhərdir acısı ayrılıqların,

Heç cürə içəri otürəmmədim.

Üzüb dənizində ömrün, yoruldum,

Gözünə döndüyüm həyat bu imiş.

Böyüklər xırdanı, güclü zəifi,

Fillər qarışqanı dipdiri yemiş.

Canımdan qalmadı sənə bircə pay,

Son sözüm, son üzüm qalsın yadında.

Mənim də qismətim səndə gizliymiş,

Adım nişanədir sənin adında.

Birdən yaşamağa gücüm çatmasa,

İşdi, birdən ölsəm, incimə məndən.

Fəsillər dəyişir insan ömrütək,

Ayrı pəncərədən baxırsan hərdən.

Qəmin şəkli

Adamın gedəni ola,

Gəldiyi günü gözləyə.

Məktublar gələ uzaqdan,

Gördüyü günü gözləyə.

Gözləyə gözlərindəki,

Qəmdən şəkil çəkə-çəkə.

Gözləyə dərdi cücərdib,

Ürəyində əkə-əkə.

Uzaqlar ola uzaqlar,

Uzaqdan baxan, gəlməyən.

Bir dəfə üzünə həsrət,

Bir daha elə gülməyən.

Adamın gedəni ola,

Gəldiyi günü gözləyə.

Bağ-bağat sala dünyada,

Dərdiyi gülu gözləyə.

Gözləyə gözünü tutan

Tor aləmi bürüyüncə.

Gözləyə gözləyə onu,

Yaşayınca, həm ölüncə.

Adamın gedəni ola,

Çıxa qatarın yoluna.

Təyyarənin zolağına,

Sakitcə onu gözləyə.

Unut məni

Baxışını dərməyə,

sevinməyə, gülməyə,

Durub sizə gəlməyə,

nə gücüm var, nə izim.

Çıx dənizin yoluna,

bax sağına-soluna,

Düş ayrılıq yoluna,

unut məni, əzizim.

Dumana, çənə sarıl,

yağışa məktub yolla,

Get bu əzablı yolu ən kəsə,

qısa yolla.

Ayrılıq tanır məni,

biz köhnə dostuq onla,

Qorxma, sənsiz ölmərəm,

unut məni, əzizim.

De, nağıl oldu, getdi, de,

yuxu gördüm, bitdi,

Axı bir vaxt var idi, nə oldu,

hara getdi?

Buludlarda göründü,

dumana dönüb itdi,

Var-gəl elə könlünlə,

unut məni, əzizim.

Qışda baharım qaldı,

sevməyə vaxtım dardı,

Belə sevgimi olur?

Bu nə biçimdə yardı?!

Dərd bənd-bərəni kəsib,

məni adamam sanma,

Gedib uzaqdan anma,

unut məni, əzizim.

Sabahı mənsiz açıb,

canında gəzmə məni,

Duymayım zərrə qədər

mənsizliyin kədərin.

Sevin, qurbanın olum,

sevin, unutsan məni,

Gözündən sevgini sil,

unut məni, əzizim.

Dəyişib

Allah, sən pıçılda mən yazım,

Göndərdiyin bəndələrin dəyişib.

Sən də incimisən deyəsən, Allah,

Doğruların, əsillərin dəyişib.

Qış yazmısan ürəyimə yaz ömrü,

Qaralt, bir də təzə yerdən yaz, ömrü.

Bu bir anlıq, bir həsrətlik az ömrün

Çirkinləri gözəlləri dəyişib.

Bu dünyada hər nə var, yalan olub,

Bir həqiqət elə özün qalmısan.

Nə vermisən, ruhuma haram olub,

Bir tək canım, bir də sözüm

qalmışam.

Şairləri də dəyişdi zamanla,

Ha axtardım gur çıraqla, amanla,

Azıb gedib söz sərrafı dumanla,

Şeirləri, qəzəlləri dəyişib.

Bu dünyanın əzəlləri dəyişib,

Bu dünyanın gözəlləri dəyişib.

Ruhu dəli

Hər dəfə özüm ücün

Özümdən pay saxladım.

Hamı atıb gedəndə,

Tutsun əlimdən mənim.

Özümlə oxuduğum

Kitablar çox şey bilir.

İçdiyim qəhvətək tünd,

Dərdi-sərimdən mənim.

Canımı saran ağrı

İliyimə işləyir.

Yeyib, bitib, yapışıb

Quru dərimdən mənim.

Güzgü də tərslik edir,

Bu gün solğun göstərir.

Bu dünya nə istəyir,

Ruhu dəlimdən mənim?!

Anam bilmədi

Uşaq idim, yumaq idim,

Bir sevdaya qonaq idim.

Palıd idim, qovaq idim,

Dərdimi anam bilmədi.

Yudu yağışlar arzumu,

Çəkdi qarğuşlar nazımı.

Qış etdi fələk yazımı,

Dərdimi anam bilmədi.

Deyindi, bəxtim deyindi,

Qırmızı donun geyindi,

Ömrüm tələsik, yeyindi,

Dərdimi anam bilmədi.

Zarıdım, səsim batınca,

Ağrı sinəmə batınca,

Gözümü yumub yatınca,

Dərdimi anam bilmədi.

Torpaq altında çiçəyəm,

Bu gün, sabah cücərəcəm,

Bir də dünyaya gələcəm,

Dərdimi anam bilmədi.

Bağçalı ev

Bağçalı evin olsun,

gül-çiçəkli, qoxulu,

Noğullu donun olsun,

bənövşəli toxulu.

İsti bir yuvan olsun,

soba yanında kətil,

Pəncərədən baxasan

göy üzünə yuxulu.

Evin damı bacalı,

həyətində bağ-bağat,

Darvazanın önündə it

dayanmış farağat,

Boy-boy ağaclar olsun,

üstü çiçəkli meyvə,

Həyətdə səhəng, çatıl,

babandan qalma heybə.

Darıxasan içində

çağlayan sevgi üçün,

Nədən o atlı oldu,

mən piyada, de, neçin?

Heçmi sevmədi məni?

Ya sevdi öz sevgisin?

İndi necə unudum

heç olmayan bir kəsi?

Bu yuvayla, ocaqla

baş edən sevgi tapıb,

Dam-bacanı suvayıb

daş edən əhdə çatıb.

Sevgidən yoğrulubdu

həyətimizdə təndir,

Sevgi nənəm təndirə

sevgiylə çörək yapıb.

Mənim niyə ruhumda

tükənib sevgim, niyə?

Kim yeyib sevgi payım,

yara çıxıb dilinə.

Kimə ötürdün Allah,

ürəyimin naləsin?

Bu hay-küyün içində

daha çıxmayır səsim.

Aysel Fikrət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see352

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see209

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see201

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see192

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see185

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see179

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see176

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see168

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see166

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see165

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see165

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see164

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see163

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see160

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see159

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see159

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see158

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see158

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see156

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri