Icma.az
close
up
RU
Əsəd getdi, sual qalır: Suriyada bundan sonra nə olacaq?

Əsəd getdi, sual qalır: Suriyada bundan sonra nə olacaq?

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü il dekabrın 8-də Suriyada mühüm dönüş nöqtəsi baş verdi.

Suriya müxalifəti və Əbu Məhəmməd əl-Colaninin liderliyindəki "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması paytaxt Dəməşqi ələ keçirərək Bəşər Əsəd rejiminə son qoydu. Bu hadisə həm regionda, həm də beynəlxalq arenada yeni güc balansının yaranacağına işarə edir. Bəs Suriyad vəziyyət gələcəkdə hansı ssenarilər üzrə irəliləyə bilər?

HTŞ: Mülayim, yoxsa radikal islamçılar?

HTŞ-nin keçmişi "Əl-Qaidə"nin Suriya qanadı olan "Cəbhət ən-Nüsrə" qruplaşmasına dayanır. Bəzi ekspertlərin fikrincə, 2018-ci ildə ABŞ tərəfindən terror təşkilatı kimi tanınan HTŞ saləfi-cihadçı ideologiyanı təbliğ edir.

Lakin son illərdə HTŞ lideri əl-Colani, həm "Əl-Qaidə", həm də İŞİD kimi radikal cihadçı qruplardan uzaqlaşdığını bəyan edib. Onun məqsədinin Qərblə mübarizə deyil, Suriyada sələfi ideologiyası üzərində idarəçilik qurmaq olduğu bildirilir.

Əl-Colani özünü daha mülayim lider kimi göstərməyə çalışır.

Məsələn, o, müsəlman olmayan azlıqların qorunması ilə bağlı açıqlamalar verib və Suriyada bütün cəmiyyət qruplarının təmsil olunacağı dövlət institutları qurmaq niyyətini bildirib. Lakin ekspertlər HTŞ-nin hələ də "Əl-Qaidə" ideologiyasından tamamilə uzaqlaşmadığını və azlıqlar, xüsusilə xristianlar və kürdlər üçün təhlükə olduğunu qeyd edirlər.

Bununna belə, Suriyanın gələcəyi üçün beynəlxalq güclərin mövqeyi həlledici olacaq.

“Üçlüyün” təsiri

Rəsmi Ankara ehtimal ki, islamçı təsir altında olan bir hökumət qurulmasına üstünlük verəcək. Lakin HTŞ ilə mümkün qarşıdurma və kürd qruplaşmalarla münaqişələr Türkiyənin təsir imkanlarını məhdudlaşdıra bilər.

Əsəd rejiminin süqutu İranın həm Suriyadakı mövqelərinə, həm də "Hizbullah" və husilər kimi müttəfiqlərini silahlandırmaq strategiyasına ciddi zərbə vurur.

Ekspertlər bu məğlubiyyəti SSRİ-nin Əfqanıstandakı uğursuzluğu ilə müqayisə edir və bunun İran rejiminin də zəifləməsinə səbəb ola biləcəyini deyirlər.

Moskva üçün Suriyadakı, yəni Tartusdakı dəniz və Xmeymim hava bazası strateji əhəmiyyətə malikdir. Ekspertlər Rusiyanın bu bazaları qorumaq üçün danışıqlar aparacağını, lakin onların saxlanılması üçün qarşıda ciddi maneələrin olduğunu bildirirlər.

Əgər Rusiya bazalarını itirərsə, bu, onun Yaxın Şərqdəki mövqelərinə zərbə vuracaq. İlkin məlumata görə, bazaları qalması barədə razılaşma var.

Rusiyanın Suriyadan qüvvələrini çıxararması Ukrayna müharibəsinə birbaşa təsir etməyəcək. Çünki Rusiyanın Suriyada yerləşdirilmiş qüvvələri Ukraynada genişmiqyaslı əməliyyatlar üçün kifayət deyil.

Suriyada qeyri-müəyyən gələcək

Bəzi müşahidəçilər HTŞ-nin ölkədə sələfi idarəetmə sistemi qurmağa çalışacağını, lakin bunun azlıqların hüquqlarına təhlükə yarada biləcəyini bildirir. Digərləri isə HTŞ-nin cəmiyyətin müxtəlif qruplarını əhatə edən daha mülayim idarəçilik quracağını ümid edirlər. Eyni zamanda, xarici oyunçuların təsiri və münaqişələr Suriyanın gələcəyini qeyri-müəyyən saxlayır.

Mövzu ilə bağlı türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer “Cebheinfo”-az bildirib ki, HTŞ sadəcə keçmiş “Əl-Qaidə” ilə əlaqəli olanlardan ibarət deyil, bu təşkilatın əsasını “Cəbhət ən-Nüsrə” (Nüsrə Cəbhəsi) təşkil edir, lakin HTŞ tərkibinə kiçik qruplar da daxildir. Onun sözlərinə görə, HTŞ əslində çətir təşkilatdır:

"Bu mənada təşkilatın bütün üzvlərinin “Əl-Qaidə” ilə əlaqəli olduğunu demək olmaz. Buna baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı, Türkiyə və digər dünya ölkələri HTŞ-ni hələ də terror təşkilatı kimi tanıyır.

Təşkilat lideri Əbu Məhəmməd əl-Colani son zamanlar böyük bir dəyişiklik nümayiş etdirir, hətta CNN-ə müsahibə verməyə başlayıb.

Bu, onlar üçün çox radikal bir dəyişiklikdir. Böyük ehtimalla təşkilatın strukturu gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər tipli bir İslam dövlətinə çevriləcək. Bu, kökləri hərbi olan, lakin zamanla daha mülayim bir struktura keçid edəcək bir təşkilat modelidir”.

Ekspert qeyd edib ki, indi Orta Şərqdə güc balansı İsrailin xeyrinə dəyişir:

"Suriyanın milli ordusu ilə HTŞ arasında əməkdaşlığın necə mümkün olacağı böyük bir sual işarəsidir. Lakin daha ciddi məsələ PYD ilə HTŞ arasında mövcud olan ideoloji fərqlərdir.

PYD ultra-sekulyar bir struktur, HTŞ isə dərin dini əsaslara malik bir təşkilatdır. Bu iki fərqli strukturun bir dövlət çətiri altında birləşməsi praktiki olaraq qeyri-mümkündür. Suriyada federasiya quruluşu belə uzaq bir ehtimal kimi görünür. Ən yaxşı halda konfederativ bir model üzərində düşünülə bilər. Bu isə ciddi struktur və ideoloji fərqlərin olduğunu göstərir”.

Rusiya hərbi bazalarının taleyi məsələsinə toxunan Engin Özerin fikrincə, əgər HTŞ əvvəlcədən razılıq əldə etməyibsə, Rusiyanın uzun illər onları bombalayan bu bazalara girişinə icazə verməsi qeyri-mümkündür:" Rusiya bazalarını qorumaq üçün razılıq əldə etsə belə, bu bazaların təhlükəsizliyinin təmin edilməsi mümkün görünmür.

Burada vacib sual yaranır ki, əgər Rusiya belə bir keçidə razı idisə, niyə bunu 10 il əvvəl etmədi? Rusiyanın oradakı bazalarının strateji əhəmiyyəti artıq ciddi şəkildə azalır".

Rusiyanın Suriyadakı hərbi bazalardan çəkilməsi məsələsinə gəlincə, analitik bildirib ki, bu, Ukrayna müharibəsinə əhəmiyyətli təsir göstərməz. Çünki Ukrayna müharibəsində Rusiya hava qüvvələrindən geniş istifadə etmir:

"Suriyada qalan hərbi qüvvələrin az hissəsinin Ukrayna müharibəsinə qatılması savaşın nəticəsinə təsir etməyəcək.

Bu arada, Ukrayna müharibəsinin son mərhələyə yaxınlaşdığı bildirilir. Çox güman ki, yanvar ayı ərzində münaqişə dondurulacaq və müəyyən nəticə əldə olunacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri