Icma.az
close
up
RU
Əsəd qurban verilir: Suriyada nələr olacaq?

Əsəd qurban verilir: Suriyada nələr olacaq?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Türkiyə Suriya məsələsində Moskva və Vaşinqtonla balans yaratmağa çalışacaq”. 

Bu sözləri Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az” – a şərhində Türkiyə, Rusiya və ABŞ-nin geostrateji maraqları fonunda Suriyada indiki proseslər barədə fikirlərini bölüşərkən bildirib. 

Ekspert vurğulayıb ki, beynəlxalq və regional güc mərkəzlərinin Suriya məsələsində fərqli məqsəd və yanaşmaları var:

“Suriyadakı münaqişə və xüsusilə “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının fəaliyyəti beynəlxalq güclərin mövqeyini və strateji maraqlarını ciddi şəkildə müəyyənləşdirir. ABŞ, Rusiya, Türkiyə və İran bu proseslərdə fərqli məqsədlərə və yanaşmalara malikdir. Hər bir ölkənin mövqeyi onun regional siyasətindən və təhlükəsizlik prioritetlərindən qaynaqlanır. 

Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu, Moskva Ankaranın Suriyanın şimalında müəyyən təhlükəsizlik zonası yaratmaq istəyini qəbul edir. Hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan İdlibdə (HTŞ-nin nəzarətindədir-red.) fərqli məqsədlər güdür, lakin birbaşa qarşıdurmadan çəkinirlər. Bu mənada Vaşinqton heç bir halda Yaxın Şərqdə Rusiyanın təsirini görmək istəmir. Ələlxüsus Lazkiyada hərbi baza onu narahat edir. 

“Ərəb baharı”ndan sonra bir sıra mövqelərini (məsələn, Liviyada) qoyub çıxarmağa məcbur olmuş Moskva üçün isə ora son istinad nöqtəsi, isti dənizlərə çıxış imkanı verən strateji qapıdır”. 

O bildirib ki, Moskva üçün Suriyada strateji hərbi mövcudluğunu qorumaq və Tartus dəniz bazası vasitəsilə Aralıq dənizində təsirini artırmaq həyati əhəmiyyət kəsb edir:

“Türkiyə Suriya münaqişəsində aktiv iştirak edən regional güclərdən biridir. Onun hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranı və milli maraqlar ətrafında formalaşır. Bu mənada, Türkiyənin əsas hədəfləri kimi sərhəd təhlükəsizliyini, qaçqın böhranının həllini və təbii ki, İdlibdə nəzarəti qorumağın vacibliyini qeyd edə bilərik. Türkiyənin bu prosesdə strateji məqsədləri isə Rusiya ilə balans yaratmaq və terror qruplaşmalarına dəstək məsələsində Vaşinqtonla fikir ayrılığı olsa da, Qərblə münasibətləri qorumaqdır”. 

Yunis Abdullayev 
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri