Icma.az
close
up
RU
Əsəd rejimi ilə bağlı dəhşətli faktlar Səs gəlir, insanlar tapılmır

Əsəd rejimi ilə bağlı dəhşətli faktlar Səs gəlir, insanlar tapılmır

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəşər Əsədin hakimiyyətinin devrilməsindən bəri qohumlarından xəbər almaq ümidi ilə Suriya vətəndaşları ölkənin ən məxfi və bədnam həbsxanası olan Sednaya axışır. Yeraltından səslər gəlsə də, saxlanılan məhbuslarla əlaqə saxlamaq mümkün deyil.

News24.az xəbər verir ki, həbsxana 1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə tikilib. Həbsxana Əsəd ailəsinin uzun müddətdir ki, öz rejiminə qarşı çıxanları saxladığı yer olub. İnsan haqları təşkilatları tərəfindən “insan sallaqxanası” kimi tanınan Sednaya yaxından gizli saxlanılıb və indiyədək həbsxananın içindən heç bir görüntü çəkilməyib.

Suriya İnsan Haqları Şəbəkəsi Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra 157 mindən çox adamın həbs edildiyini açıqlayıb. Bunlardan 5 min 274-ü uşaq, 10 min 221-i qadındır. Bu müddət ərzində 15 mindən çox insanın işgəncə altında öldüyü də iddia edilir.

Həbsxanalardan birinin içindən çıkilən yeni görüntülərdə insanların sümüklərini sındırmaq və məhbusları edam etmək üçün istifadə edildiyi görünən orta əsrlərə aid bədən presi göstərilir.

İnsan haqları şəbəkəsi rejimin 72 müxtəlif işgəncə üsulunu sənədləşdirib. Bunlara cinsiyyət orqanlarına elektrik cərəyanı vermək və ya ağır çəki daşları asmaq; neft, metal çubuqlar, barıt və ya tez alışan pestisidlərlə yandırma; divar və həbsxana kamerasının qapısı arasında başları əzmək; gövdələrə iynələr və ya metal sancaqlar soxmaq; məhbusları geyimdən, çimməkdən, tualetdən və s. yerlərdən məhrum etmək aiddir.

Həbsxana Dəməşqdən kənarda, təpədə yerləşir və 1,4 kvadrat kilometr ərazini əhatə edir. Beynəlxalq Amnistiya Təşkilatının 2017-ci il hesabatında Sednayada minlərlə insanın kütləvi şəkildə asıldığı aşkarlanıb. Bu hadisədən sonra həbsxananı “İnsan sallaqxanası” adlandırdılar. Bu həbsxanada adətən bazar ertəsi və çərşənbə gecələri hər həftə 20 ilə 50 arasında insan öldürüldüyü açıqlanıb. Beynəlxalq Amnistiya Təşkilatının hesablamalarına görə, 2011-ci ilin sentyabrından 2015-ci ilin dekabrına qədər 5000-13000 nəfər edam edilib.

Əsəd rejiminin süqutundan sonra qorxu filmini xatırladan bu həbsxanaya yaxınlarını axtarmağa gedən Suriya vətəndaşlarının həyəcanlı gözləyişləri davam edir. Yeraltına qədər uzanacağı təxmin edilən həbsxanada içəridəki məhbusların səsləri eşidilsə də, onların harada olduqlarını bilmək mümkün deyil.

Aynurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri