Əsəd rejimi Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb Britaniya XİN AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriya prezidenti Bəşər Əsədin müxtəlif siyasi qüvvələrlə danışıqlar aparmaq istəməməsi ölkədə müxalif qrupların hücumuna səbəb olub.
“Report” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Suriyada baş verən son hadisələr fonunda biz bütün tərəfləri daha çox əzabın, həssas insanların yerdəyişməsinin və mühüm humanitar yardımın çatdırılmasında fasilələrin qarşısını almaq üçün mülki insanların həyatını və infrastrukturunu qorumağa çağırırıq. Biz suriyalıların özlərinin də iştirak etdiyi münaqişənin siyasi həllinə çağırışımızı təkrar edirik.
Əsəd rejimi siyasi proseslərə qoşulmaqdan davamlı imtina edərək Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb. Rejim və Suriyadakı münaqişənin bütün iştirakçıları BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələb etdiyi kimi, danışıqları dəstəkləməli və danışıqlarda iştirak etməlidir”, - bəyanatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Dekabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















