Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Əsədi deviren silahlıların lideri kimdir? BAŞINA 10 MİLYON DOLLAR QOYULMUŞU

Əsədi deviren silahlıların lideri kimdir? BAŞINA 10 MİLYON DOLLAR QOYULMUŞU

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əbu Məhəmməd əl-Covlani uzun illər silahlıların lideri olsa da, az tanınıb. Ancaq 42 yaşlı bu adam Suriya prezidenti Bəşər Əsədi devirən ağlasığmaz hücuma başçılıq edincə, birdən-birə məşhurlaşıb.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, o, dekabrın 8-də suriyalılara telemüraciəti zamanı “Dəməşqin fəthi”ni elan edərkən, ləqəbi əvəzinə gerçək adından – Əhməd əl-Şaraadən yararlanıb.

Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdığı “Həyat Təhrir əş-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Covlani öz imicini çoxdan dəyişmək istəyir. O, “əl-Qaidə” ilə əlaqələrini kəsib, özünü tolerant və praqmatik lider kimi qələmə verir.

İndi bu dəyişiklik çağırışla üzləşəcək. Başına 10 milyon dollar mükafat qoyulan Əl-Covlani və HTŞ Əsədsonrası Suriyada önəmli rol oynamağa çalışır.

Sünni müsəlmanlardan oluşan qruplaşmanın bir çox üzvü qatı radikal sələfi hərəkatının davamçılarıdır. Onlar Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyirlər. HTŞ Avropa və Mərkəzi Asiyadan gələn silahlılardan ibarət xırda döyüşçü qruplaşmalarıyla birləşir.

Vaşınqton İnstitutunun baş elmi işçisi Aaron Zelin HTŞ üzvlərini “siyasi cihadçılar” adlandırıb: “Covlani və HTŞ siyasətdə daha praqmatikdilər. Onlar “əl-Qaidə” və İŞİD kimi tanıdığımız qlobal cihadçılar və ənənəvi siyasi cihadçılar arasında yer tuturlar”.

Covlani İsrailin işğal etdiyi Colan təpələrindən qaçıb Səudiyyə Ərəbistanına sığınan suriyalı bir ailədə, 1982-ci ildə doğulub.

Döyüş fəaliyyətinin ilk illəri barədə bilgi yoxdur. İddia edilir ki, o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsindən sonra “əl-Qaidə”nin bu ölkədəki qoluna qoşulub.

2012-ci ildə o, “Cəbhət ən-Nüsrə” adı ilə “əl-Qaidə”nin Suriyadakı qolunu yaradıb.

Adını bir neçə dəfə dəyişən döyüşçülər “əl-Qaidə”dən uzaqlaşmağa çalışıblar. Qruplaşma 2017-ci ildə Suriyanın şimal-qərbindəki müxalif qruplarla birləşərək HTŞ-ni yaradıb.

Bir vaxtlar türban və uzun saqqalla gəzən Covlani hərbi uniforma da geyinib. Amma zaman keçdikcə döyüşçülərin liderlərinə xas əlamətlərdən imtina etməyə qərar verib. Covlani pencək geyinməyə başlayıb, üzünü qırxıb və Qərb mediasına müsahibələr verib.

“HTŞ lideri hiyləgərdir. O, özünün və təşkilatının hakimiyyətə yiyələnməsinə və mövqelərini möhkəmləndirməsinə can atır”, – şiə silahlıları və İranın silahlı proksiləri üzrə ekspert Fillip Smitin sözləridir.

İmicinə və özünü mülayim və praqmatik göstərmək səylərinə baxmayaraq, Covlaniylə qruplaşmasının hələ də insan haqlarının pozulması və terrorçu təşkilatlarla əlaqələrinin olması məsələləri narahatlıq doğurur.

ABŞ Dövlət Departamentinin 2013-cü ildəki bəyanatında “Cəbhət ən-Nüsrə”nın kamikadze hücumlarına istinad edilərkən, Covlani terrorçu kimi qeyd edilib. O da bildirilib ki, qruplaşmanın zordan istifadəsi suriyalıların istəkləriylə uzlaşmır.

“Əsəddən sonra Suriyada ekstremizm və terrorçu ideologiyalara yer olmamalıdır”, – sözügedən bəyanatda belə deyilib.

2017-ci ildə ABŞ-nin Suriyadakı səfirliyi X sosial şəbəkəsindəki paylaşımında rəsmi Vaşınqton “əl-Qaidə”nin yüksəkvəzifəli şəxslərini, o sıradan Covlanini ədalətə cəlb etməyə sadiq olduğunu vurğulayıb.

“HTŞ-nin əsas məqsədi Əsədi devirmək idisə, ikinci məqsədi suriyalılara faydalı və sərfəli qurumlar yaratmaqdır”, – Zelinin sözləridir. Davamında o, belə deyib: “Aydındır ki, İdlibdə olarkən bunu necə etməyi öyrəniblər”.

Zelinin fikrincə, Covlani və HTŞ tolerantlıq və inklüzivlik vədlərini yerinə yetirsələr belə, terrorçu adından qurtulmaları illər çəkə bilər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri