Icma.az
close
up
RU
Əsədin devrilməsi İrəvana ağır zərbə oldu ANALİZ

Əsədin devrilməsi İrəvana ağır zərbə oldu ANALİZ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ermənistanın müttəfiqləri və dostlarının sayı sürətlə azalır


Bəşər Əsəd rejiminin süquta uğraması daha çox İran və Rusiyanın məğlubiyyəti kimi şərh olunur. Hadisələr göstərir ki, Ermənistan da özünü uduzanlar arasında hiss edir. Əsədin devrilməsinin Ermənistanda narahatlıqla qarşılanmasının arxasında ciddi məqamlar var. Əslində bütün zamanlarda Ermənistana dəstək verən Bəşər Əsəd daim ermənilərin hamisi kimi çıxış edib.

Ermənistan mətbuatını izləyəndə onların Əsədə olan rəğbətlərini dərhal sezmək mümkündür. O baxımdan Suriyada Əsəd rejiminin  gözlənilməz çöküşü Ermənistanda az qala faciə kimi qarşılanıb. Ermənistandakı hökumətyönlü “Teleqram” kanalları daha çox canfəşanlıq edirlər. Ermənilər anlayırlar ki, Suriyadakı rejim dəyişikliyindən həm dövlət olaraq Ermənistan, həm də erməni icması itirib. Suriyada ənənəvi erməni partiyalarının yerli qurumları - “Daşnaksütyun” və “Hunçakyan” fəaliyyət göstərir. Bu partiyaların üzvləri dəfələrlə türk diplomatlarına qarşı terror aktları törədiblər. Terrorçular Əsədin rəhbərlik etdiyi Suriyada özlərini çox rahat hiss ediblər. Əsəd hər zaman ermənipərəst mövqe tutub və Azərbaycana qarşı çıxıb, Kəşmir məsələsində Pakistanı deyil, Hindistanı dəstəkləyib. 2011-ci ildə Suriyada müharibə başlayanda, bu ölkədə 100 minə yaxın erməni yaşayırdı. Onların 60 minə yaxını Hələbdə, 10 minə yaxını  Dəməşqdə, 6-7 min nəfəri  Latakiyada və digər ərazilərdə məskunlaşmışdılar. Son məlumatlara görə, hazırda Suriyada 30 minə yaxın erməni yaşayır. Bunların da əksəriyyəti Hələb sakinləridir.


Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Əsəd rejimi Azərbaycana qarşı təcavüzkar, terrorçu və soyqırımçı mövqedən çıxış edən Ermənistanı yaxından dəstəkləyirdi. Ekspert Ermənistanın “demokrat”  baş naziri Nikol Paşinyanın öz xalqının qanını tökən Bəşər Əsədi 2021-ci il prezident seçkilərində "qələbə" münasibətilə təbrik etməsini xatırladıb: "Biz Əsədin vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsinə, dialoqun başlanmasına yönəlmiş "səylər"ini unutmamışıq. Paşinyanın "odlu-alovlu" təbriki Əsəd rejiminin Ermənistanla olan dərin əlaqələrindən irəli gəlirdi. Ona görə də İran, Suriya, Livan və s. kimi terroru dəstəkləyən ölkələrlə əməkdaşlıq etməkdən çəkinməyən "qərbpərəst" Ermənistan hakimiyyətinin bu gün Əsəd rejiminin çökməsindən məyus olması anlaşılandır. Bəşər Əsədin Dəməşqdən qaçıb Rusiyaya sığınması Ermənistan üçün həqiqətən də ağır zərbə oldu. Ermənistanın müttəfiqləri və dostlarının sayı sürətlə azalır. Ermənistanın ənənəvi müttəfiqləri olmuş Rusiya və İranın Suriyadakı proseslərdə zəiflik göstərməsi bir çox ermənilərdə belə bir təəssürat formalaşdırıb ki, Ermənistanın daimi etibarlı və güclü müttəfiqi yoxdur. Onlar düşünürlər ki, nə vaxtsa Ermənistan da Suriyanın aqibətini yaşaya bilər. Erməni ekspertlər Suriyadakı hadisələr fonunda təşvişə düşərək, Ermənistanın Suriyaya çevriləcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Ermənistanın Suriyanın taleyini yaşayacağına dair proqnozları indi əksər erməni analitiklərinin şərhlərindən də görmək mümkündür. Suriya ilə Ermənistan arasında həqiqətən də bir bənzərliyin olduğunu deyən və İrəvanın Dəməşqin taleyini yaşayacağı ilə bağlı proqnozlar verən sözügedən ekspertlər, əslində, dolayısı yolla etiraf edirlər ki, Ermənistan yanlış siyasət yürüdür. Ancaq Ermənistanın Suriyanın aqibətini yaşamaq ehtimalı daxili amillərdən yox, bu ölkənin öz qonşularına qarşı ərazi iddialarından hələ də əl çəkməməsindən qaynaqlana bilər. Ermənistan konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması son nəticədə Ermənistan dövlətinin özünün varlığını təhlükə altında qoyur. İrqçiliyin və ultramillətçiliyin təbliğat yuvasına çevrilmiş erməni kilsəsinin ortaya atdığı "miatsum", "böyük ermənistan" kimi təcavüzkar, ekspansionist ideyalar Ermənistanın özü üçün ekzistensial təhlükələr yaradır".

Analitikə görə, İrəvanın Zəngəzur dəhlizinin açılmasını İranın, Fransanın təhriki ilə əngəllləməsi və silahlanma bu ölkənin "ikinci Suriya"ya çevrilməsi ehtimalını artırır: "Ermənistanı silahlandıranlar onun "ikinci Suriya"ya çevrilməsinə şərait yaradırlar. Onlar Ermənistanı öz geosiyasi maraqları üçün silahlandırırlar. Lakin bu silahların bir qismi günün birində Ermənistan müxalifətinin də əlinə keçə bilər. Suriyada olduğu kimi Ermənistanda da hakimiyyəti silahlı müqavimət yoluyla dəyişmək istəyən revanşist qüvvələr çoxdur. Onların məqsədi Ermənistan-Azərbaycan normallaşma prosesini dayandırmaq və Ermənistanı yenidən işğalçı ölkə xəttinə qaytarmaqdır. Bütün bunlar heç şübhəsiz ki, Ermənistanın "ikinci Suriya"ya çevrilməsi üçün potensial zəmin yaradır. Ona görə də, erməni təhlilçilər Suriyada Əsəd rejiminin devrilməsinə görə isterikaya düşüb, Türkiyə və Azərbaycanın əleyhinə sərsəm fikirlər səsləndirməkdənsə, sülh prosesinin sürətlənməsinə dəstək verməlidirlər. Ermənistanı Suriyanın durumuna düşməkdən yalnız real sülh prosesi xilas edə bilər". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri