Əsədin əsgərlərinə verdiyi cihad dərmanı anbarı tapıldı ŞOK FAKTLAR
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Suriyanın paytaxtı Dəməşqdə üsyançılar “cihad narkotiki” də adlandırılan qanunsuz “Captagon” narkotikinin böyük ehtiyat anbarını aşkar ediblər.
Lent.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.
Materialda xatırladılır ki, “Captagon” 1960-cı illərin əvvəllərində Almaniyada diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğunun müalicəsi üçün yaradılmış sintetik stimulant olan fenetyllinenin ticarət adıdır.
Məlumata görə, o, dünyanın əksər ölkələrində geniş istifadə olunmasa da, Yaxın Şərqdə geniş yayılıb.
Məqalədə qeyd edilir ki, son bir neçə il ərzində külli miqdarda narkotik qaçaqmalçılıq yolu ilə İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə gətirilib.
Qeyd olunur ki, əsgərlər döyüş meydanında dözümlü olmaq üçün ondan istifadə ediblər buna görə də bu narkotikin həm də “cihad dərmanı” kimi başqa adı formalaşıb.
Qəzetə görə, “Captagon” devrilmiş prezident Bəşər Əsədin qohumları və tərəfdaşları tərəfindən idarə edildiyi iddia edilən “narkotik ticarəti şəbəkəsinin təməl daşı” idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















