Icma.az
close
up
RU
Əsədin getməsinə qədər ruslar bunu edib SEPAH generalı rezonans doğurdu

Əsədin getməsinə qədər ruslar bunu edib SEPAH generalı rezonans doğurdu

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SEPAH generalı Bəhruz Əsbati Suriyada Əsəd rejiminin, o cümlədən rusların İrana qarşı dolayısı ilə xəyanət etməsi barədə çox ilginc məlumatları açıqlayıb.

Ölkə.Az xəbər verir ki, onun yayımlanan audioyazısı geniş rezonansa səbəb olub.

İranlı general 2024-cü ilin əvvəlində SEPAH generalı Kəyumərs Purhaşiminin ölümünə aydınlıq gətirib.

Əsbati deyib: "Bəli, general Hacı Haşim (Kəyumərs Purhaşimi) Suriyada öldürülüb. Bizimlə əməkdaşlıq edən Qəbbarə tayfasının rəisi Əbu Xalid Hüseyn zindandan Colaninin qrupu ilə əlaqə yaradıb və onlardan SEPAH rəhbərini öldürülməsi tapşırığını alıb. Qərargahda olan 2 rus, 3 Suriya və 2 iranlı zabitə atəş açılıb. Zirehli uniforma geymiş rus zabitləri sağ alıb..."

İranın mərhum prezidenti İbrahim Rəisinin Dəməşqə səfərinə toxunan Bəhruz Əsbati bunları qeyd edib: 

"İbrahim Rəisinin Dəməşqə səfəri zamanı heç bir hazırlıq görülməmişdi. BƏƏ-nin xarici işlər nazirindən fərqli olaraq, qarşılama ilə bağlı bir addım belə atılmadı. Hava limanından başlayaraq yol boyu özümüz kütləni toplayıb, ətrafa bəzək-düzək verdik".

Bəşər Əsədin İrandan üz döndərməsi barədə məsələyə toxunan iranlı general deyib ki, BƏƏ və Səudiyyə Ərəbistanının təklifi ilə son 3 ayda iranlıları ciddi şəkildə sıxışdırıb. "Ona bunun müqabilində maliyyə köməyi vəd edilib. İranlı ailələrin 80%-i öz əşyaları ilə evlərindən çıxarılıb, çoxları isə gecəni maşınlarında keçirib. Bundan əvvəl Rusiya təhlükəsizlik qüvvələrinin Suriyada iranlılara kirayə verməmək üçün ev sahiblərinə təzyiq göstərməsi xəbərləri yayılmışdı".

Rusların İsrailin Suriyaya hava hücumu zamanı Əsədə yardım etməməsi barədə danışan iranlı general deyib ki, İsrailin zərbələrinin qarşısı alınmasın deyə, ruslar bütün radar sistemlərini söndürdülər. "Xüsusən "Əqsa Tufanı" əməliyyatından sonra hətta "Təhrir əş-Şam" terrorçularının toplaşma mərkəzlərini bombalamaq və onlara ciddi ziyan vurmaq əvəzinə, mülki şəxslərin evləri və boş çölü bombaladılar! Onlardan min ədəd "Kalaşnikov" istədik, vermədilər, bu azmış kimi İranın silah dolu təyyarəsinin hava məkanına daxil olmasına icazə vermədilər".

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri