Əsədin qardaşının villasına basqın edildi Görün içəridən nələr çıxdı FOTOlar
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyada devrilmiş lider Bəşər Əsədin qardaşı Maher Əsədin paytaxt Dəməşqdəki evinə basqın edilib.
Milli.Az Türk mediasına istinadən xəbər verir ki, Əsədin qardaşı general-mayor Mahirə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb. Dəməşqin qərbindəki Dimes qəsəbəsində yerləşən villanın narkotik istehsal mərkəzi kimi istifadə edildiyi üzə çıxıb. Basqın zamanı Əsəd ailəsinə aid məxfi sənədlər və qiymətli əşyalar da ələ keçirilib.
Əsədin malikanəsinin altındakı nəhəng tunel kompleksi qızıl və kaptaqon daşıyan yük maşınlarını yerləşdirmək üçün kifayət qədər geniş olub.
Qeyd edək ki, qəddarlığı ilə tanınan Mahir Əsəd general-mayor rütbəsi daşıyırdı və Suriya ordusunun elit dördüncü diviziyasına komandanlıq edirdi. Əsəd ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya sığınsa da qardaşının harada olduğu hələ ki, məlum deyil.
Nərmin Mahmudova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















