Icma.az
close
up
RU
Əsədin xələfi Bakını seçdi, Əliyev hazırıq dedi 600 illik gözləniş sona çata bilər

Əsədin xələfi Bakını seçdi, Əliyev hazırıq dedi 600 illik gözləniş sona çata bilər

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Diqqət çəkən əsas məqamlardan biri Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü olub. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Əhməd əş-Şaranın keçmişi müəyyən qədər tənqidə açıq olsa da, o, hazırda Suriya Ərəb Respublikasının keçid dövrü prezidentidir. Onun Azərbaycana münasibəti müsbətdir, əməkdaşlığa marağı isə aydındır. Bu, Bakı üçün də məqbul yanaşmadır.

Bakı-Dəməşq münasibətləri nə Hafiz Əsədin, nə də Bəşər Əsədin dövründə yaxşı olmayıb. Xüsusilə Bəşər Əsədin açıq ermənipərəst siyasəti iki ölkə arasındakı münasibətləri son dərəcə gərgin vəziyyətə salmışdı. Lakin Əsəd rejimindən fərqli olaraq, Əhməd əş-Şara Bakı ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Türkiyənin müttəfiqi olan Azərbaycan ilə Ankara tərəfindən dəstəklənən Suriyanın yeni hakimiyyəti arasında körpü formalaşmaqdadır. Ankara Əhməd əş-Şaranın beynəlxalq ictimaiyyət qarşısında özünü müsbət mənada göstərməsini, yeni Suriyanın əvvəlkindən fərqli olduğunu sübut etməsini istəyir. Azərbaycan bu baxımdan əvəzsiz tərəfdaşdır.


Prezidenti İlham Əliyev və Suriya lideri Əhməd əş-Şaranın Antalyadakı görüşündən

Azərbaycan türk dünyasında, İslam aləmində və beynəlxalq ictimaiyyətdə nüfuz sahibi, sözünə etibar edilən bir dövlətdir. Rəsmi Bakı beynəlxalq münasibətlərdə hüququn aliliyinə, etibarlı əməkdaşlığa və balanslı siyasətə önəm verir. O mənada Azərbaycan–Suriya münasibətlərinin normallaşması bu ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərə bilər.

Bakı ilkin mərhələdə Əhməd əş-Şara və keçid hökumətinə ehtiyatla yanaşsa da, Türkiyənin səyləri nəticəsində hazırda əməkdaşlığa maraq göstərir. Azərbaycanın Talibanla münasibətlərindəki ehtiyatlı və mərhələli yanaşmanın Suriyaya da tətbiq olunacağı ehtimalı böyükdür.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddətdə bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun müddət fəaliyyətsiz qalmış Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib”.

Bakı-Dəməşq münasibətlərinin formalaşması və inkişafı hər iki ölkə üçün müsbət nəticələr vəd edir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Suriyanın sabitliyinin möhkəmləndirilməsi üçün bu ölkənin bərpasında iştirak etməyə hazırdır. Həmçinin, Suriya yaxın gələcəkdə Azərbaycanın enerji siyasətində də yer ala bilər.

Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Avropaya nəql edilən təbii qazın həcmi ildən-ilə artır. Lakin bu, hələlik kifayət deyil. Azərbaycan bu istiqamətdə İraqla (xüsusən İraq Kürdüstanı ilə) əməkdaşlıq imkanlarını dəyərləndirir. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun gələcəkdə TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər.

Azərbaycan həmçinin Suriyanın təhlükəsizliyi baxımından da mühüm rol oynaya bilər. Məlum olduğu kimi İsrail Suriyadakı hadisələri yaxından izləyir. Ankara ilə Dəməşq arasında əməkdaşlığın Təl-Əvivə qarşı yönəlməsi İsraili narahat edir. Bu mənada Azərbaycanın İsrail-Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür. Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyada arzuolunmaz insidentlərin qarşısını almağa yönəlmiş gərginliyin azaldılması mexanizminin formalaşdırılması üçün razılıq əldə olunub. Bənzər razılaşma gələcəkdə Dəməşq və Təl-Əviv arasında da mümkün ola bilər.

Əvvəllər də qeyd etdiyim kimi, Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandırmaq mümkündür. Məlum olduğu kimi, 1417-ci ildə Hələbdə vəfat etdiyi bilinən Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik əlaqələrin inkişafına ciddi töhfə verə bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri