Icma.az
close
up
RU
Əsədov: “İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq”

Əsədov: “İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandası bu gün Malta ilə yoldaşlıq oyunu keçirəcək. Görüşə saat 22:00-da start veriləcək.

Millinin keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında fikirlərini bölüşdü:

“Milliyə uğurlar arzu edirəm. Sentyabrdakı Millətlər Liqasından öncə son hazırlıqdır. Düzdür, çox vaxt yoxlama oyunlarının nəticələrinin önəmi olmur. Amma bu iki matç Ayxan Abbasov üçün həm nəticə, həm də komandanı görmək baxımından vacibdir”.

Mütəxəssis həm bu, həm iyunun 9-da San Marinoya qarşı keçiriləcək oyunda yığmadan qələbə gözlədiyini bildirdi:

“İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq. Buna gücümüz var, həm də əhvalı yüksəltmək lazımdır. Abbasov istədiyi oyun sistemlərini də yoxlayacaq. Nəzərə alaq ki, bəzi futbolçular klublarında oyun praktikasından problemlər yaşayıb. İndi bu görüşlər onlar üçün də bir şansdır”.

Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında heyəti açıqladı. Mütəxəssis Maltaya qarşı matçda beş müdafiəçi ilə meydana çıxacağını qeyd etdi. Əsədov Abbasovun seçimini şərh etdi:

“Sistem bir düzülüşdür. Abbasov bu sistemdə öz oyun fəlsəfəsini diqtə etməyə çalışacaq. Beş müdafiəçinin olmasına baxmayaraq, yığmanın dominant oynamağa çalışacağını düşünürəm. 

Hücumdakı oyunçularla bağlı problem var, məhsuldarlıqları aşağıdır, amma millidə tək qol vuran onlar deyil. Müdafiəçilər, yarımmüdafiəçilər də imkanlar yarada bilir. Yoxlama oyunlarıdır, tək irəlidəki oyunçulara fokuslanmaq lazım deyil”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 İyun 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri