Icma.az
close
up
RU
“Əsir düşən oğluma 13 il həbs cəzası veriblər” BƏRDƏ SAKİNİ OĞLUNUN “BAŞINDA PROBLEM” OLDUĞUNU DEYİR...

“Əsir düşən oğluma 13 il həbs cəzası veriblər” BƏRDƏ SAKİNİ OĞLUNUN “BAŞINDA PROBLEM” OLDUĞUNU DEYİR...

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bərdə rayon sakini Huseynova Səidə Telman qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu Huseynzadə Elnur Elman oğlu 2017-ci ildə naməlum səbəbdən əsir düşüb, 4 illik əsirlikdən sonra isə 13 il müddətinə həbs olunub. Məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Huseynova Səidə Telman qızı, yazaraq bildirirəm ki, övladım Hüseynzadə Elnur Elman oğlu 2017-ci ildə naməlum şəkildə Talış kəndində əsir düşmüşdür. O, 4 illik əsirlikdən sonra - 2020-ci ildə erməni əsirlərin biri ilə dəyişdirilərək, vətənə qaytarılmışdır.

Bundan sonra qapalı məhkəmə iclasları oldu. Hər dəfə məhkəmənin vaxtını öyrənib getsək də, bizə prosesdə iştirak etməyə icazə verilmirdi. Məhkəmə bitəndən sonra oğluma 13 il iş kəsdilər.

Onu Qobustanda yerləşən türməyə göndərilər. Oğluma ermənilər necə işgəncələr veribsə, ağlı bu günə qədər də üstündə deyil. Tez əsəbləşir, özündən ixtiyarsız əl-qol hərəkətləri edir. Bir neçə dəfə sual vermişəm, hər dəfə “mən günahsızam” deyib.

Ədliyyə Nazirliyində Abidin Hüseynovun, Tibb İdarəsində Cəmil Kamilinin qəbulunda olmuşam. Lakin heç bir nəticə olmayıb. Uşağın başında problem var, qorxuram özünə və yaxud da ordakılara nəsə edər. Başı pozulur. Bir neçə dəfə görüşdə mənə “sən kimsən” deyə sual verib. Yoxlama zamanı isə bildirirlər ki, heç bir problem yoxdur.

Bir il olmaz, Əhməd Əhmədov bütün ailəsini qətlə yetirdi. Oğlumun o vəziyyətə düşməsindən qorxuram. 1 oğlum var, o da belə - həbsdə xəstə düşüb.

2 ayın “maxe”si olub. O o tərəfə necə keçdiyini heç xatırlamır. Uşağımın başına nə oyunlar açıblar, Allah bilir.

Biz vətənini, xalqını sevən ailəyik, yediyimizi qaba pis heç nə etmərik.

Cənab Prezident!

Bir ana kimi xahiş edirəm, göstəriş verin, oğlumu xəstəxanya yerləşdirsinlər. Mən nə qədər müraciət etsəm də, faydası olmur. Oğlum Hüseynzadə Elnur Elman oğlu həqiqətən də ağır vəziyyətdədir. Onu hərbiyə yola salanda sağlam övlad kimi göndərmişəm. Hazırda Sanqaçal rayonu, Umbakı Penitensiar Kompleksində cəza çəkir”.

Jalə FAMİLQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri