Icma.az
close
up
RU
Əsirlikdə dəhşətli işgəncələr görən Mayıl: Ermənilər hamilə qadını motorlu mişarla doğradılar

Əsirlikdə dəhşətli işgəncələr görən Mayıl: Ermənilər hamilə qadını motorlu mişarla doğradılar

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Mən hələ uşaq idim Mayıl Məmmədovu tanıyanda. Çox şeyi başa düşməsəm də, müharibənin nə demək olduğunu mənə demişdilər. Mən bilirdim ki, müharibə hər səhər yuxudan oyandığımda atamın döyüş çəkmələrini pilləkənin önündə görüb sevinməkdir. Biz - 1990-cı illərin uşaqları tez böyümək istəmirdik. Bilirdik ki, tez böyümək tez ölməkdir. Anaların danışdığı nağılların ayağına böyük idi ataların döyüş çəkmələri - biz bunu da bilirdik. Fəqət, Oxu.Az-ın erməni əsirliyində ağılasığmaz işgəncələr görmüş Mayıl Məmmədovla söhbəti bunları bilməyənlər və unudanlar üçündür.

İllər sonra Mayılla rastlaşdım. 8 ay 14 gün əsirlikdə olmuş Mayıldan başına gələnləri danışmağını istədim. O danışdı, mən dinləmədim, gördüm. Xocalı dəhşətlərinin pərdəarxasını gördüm. O danışdı, mən yazdım:

Mayıl Məmmədovun döyüş yolu Ağdərədən başlayıb.

1991-ci ildə Göyçay rayonundan ordu sıralarına qatılan Mayıl Məmmədov səkkiz ay on dörd gün erməni əsirliyində olub. Əsirlikdə olarkən ağlasığmaz işgəncələrə məruz qalıb.

Qarabağda törətdiyi cinayətlərinə görə hazırda Azərbaycanda məhkəməsi davam edən Vaqif Xaçatryan tərəfindən Mayıl Məmmədovun sinəsi erməni xaçı ilə dağlanıb.

- Mayıl, ermənilərə necə əsir düşdün?

- 1992-ci ildə mən bir neçə döyüş yoldaşımla birlikdə kəşfiyyat işləri aparmaq üçün Ağdərənin Sırxavənd kəndindən Dovşanlı kəndinə getmişdik. Qayıdanda təxminən 170 nəfərə yaxın əsgərimizin şəhid olduğunu gördük. Ermənilər bizi mühasirəyə almışdılar, mən yanımdakı əsgər yoldaşlarımı Sırxavənddən çıxarmağa çalışırdım. Bir "Qrad" mərmisi yaxınlığımıza düşdü, yanımdakı döyüşçü yoldaşlarımın çoxu öldü. Mən sağ qaldım. Bir anlıq huşumu itirdim, özümü çayın içində gördüm. Çayın içindən sürünə-sürünə çıxdım və yaxınlıqdakı qayaya kürəyimi söykəyib oturdum. Başımdan və ayağımdan yaralanmışdım. Oturduğum yerdə qanaxmadan huşumu itirmişəm. Səhəri günü üzümdə günəş şüasını hiss edib oyandım. Birdən səs eşitdim. Ətrafıma göz gəzdirib gördüm ki, bir erməni yaxınlıqda nəsə axtarır. Yerdən avtomat tapan erməni ətrafına səslənəndə başa düşdüm ki, o tək deyil. Mənə elə gəlirdi ki, onun məndən xəbəri yoxdur. Həmin erməninin gözdən itdiyini gördüm və bir neçə dəqiqə sonra boynumun arxasından avtomatın qundağı ilə zərbə vuruldu, özümdən getdim.

Ayılanda gördüm ki, məni tankın üstünə bağlayıblar və Xocavənd rayonundayam.

Yolun ortasında bir quyu var idi, məni həmin quyunun içinə atdılar.

Yaxınlıqda yaşayan ermənilər kişili-qadınlı, böyüklü-uşaqlı quyunun başına yığışıb, başladılar məni daşlamağa. Sonra məni həmin quyunun içindən çıxartdılar. Quyunun içi su olduğuna görə, üşüyürdüm, tir-tir əsirdim. Oktyabr ayı idi, sulu qar yağırdı.

Məni yaxınlıqdakı ermənilər hərbi hissə kimi istifadə edilən yerə apardılar. Bir rus hərbçinin otağına saldılar məni. Həmin hərbçinin yanında 3-4 nəfər əlisilahlı erməni də oturmuşdu. Rus hərbçi ayağa qalxıb, masanın üstündəki almanı götürüb mənə tərəf uzatdı. Yanımdakı ermənilərdən biri almanı onun əlindən alıb, qoydu başıma. Dedi ki, tərpənmə. Belindən uzun bir xəncəri çıxardıb, qəfil başımın ortasına endirdi. Elə bildim ki, başımı kəsmək istəyir. Alma bölünüb yerə düşdü. Almanın parasını yerdən götürüb mənə verdi. Dedi ki, ye. İstədim ki, yeyəm, yeyə bilmədim. Məni quyudan çıxaranda ağzımı təpikləyib, dişlərimi qırmışdılar. Həmin erməni gördü ki, yeyə bilmirəm, məni yerə yıxıb təpiklə ağzıma vurdu. Sonra məni oradan çıxarıb, apardılar Xankəndiyə. Orada bir yer var idi, çatanda qara kostyumlu, qalstuklu bir erməni qarşımıza çıxdı. Məndən Azərbaycan dilində soruşdu ki, haradansan? Azərbaycanlı olduğumu dedim. Dedi ki, yox, hansı rayondan olduğunu soruşuram. Göyçaydan olduğumu biləndə "Göyçayın narı dadlı olur" dedi. Məndən soruşdu ki, bəs burada nə gəzirsən? Torpaqlarımızı işğaldan azad etmək üçün gəldiyimi deyəndə, əyilib yerdən torpaq götürdü. Yaş torpağı əlində yumrulayıb, "ağzını aç" dedi. Yanımdakılar ağzımı zorla açdı. Həmin bu şəxs torpağı ağzıma tıxayıb, "bu da torpaq, ye!" deyib qışqırdı.

Məni elə oradaca möhkəm döydülər. Sonra yanımdakı iki erməni hərbçi məni sürüyərək, əsirlər saxlanılan yerə aparanda maşın təmir edən, əlində dəmir alət olan erməni türk olduğumu bildikdə sol qolumu həmin dəmir alətlə sındırdı.

Susur...

- Nə oldu Mayıl? Danışmaq istəmirsənsə davam etməyək...

- Yox, davam edək.

Əsirlərin saxlanıldığı yeri tikanlı dəmir məftillərlə hasarlamışdılar. Məni sürüyüb həmin hasarın yanına gətirdilər. Bilirsən nə qədər qolubağlı qız-gəlinlər var idi orada? Deyəsən Xocalı əsirləri idilər. Yanımdakı iki erməni hərbçidən biri ayaqlarımdan tutdu, biri də əllərimdən. Həmin tikanlı dəmir məftillərdən hörülmüş hasar çox da yüksək deyildi. Məni yelləyib, atdılar hasarın o tərəfinə. Ağrıdan zarıyırdım. Orada əsirlərə nəzarət edən iki erməni var idi, biri polkovnik idi. Nərd oynayırdılar. Gəlib məni yerdən qaldırdılar. Həmin polkovnik gətirib oturtdu məni nərdtaxtanın qarşısında. Dedi ki, "Gəl nərd oynayaq. Udsan, sənə hər gün bir fincan şirin çay verəcəyəm". Təzəcə oturmuşduq ki, həmin bu polkovnikə zəng gəldi. Harasa getdi. Məni aparıb saldılar bir otağa. Bax, əsl əzablı günlərim ondan sonra başladı.

- İşgəncələr haqda bir az danışa bilərsənmi?

- Məni dizi üstə yerə çökdürüb ayaqlarımın altını dəyənəklə vururdular. Sonra məni aparıb yeraltı bir həbsxanaya saldılar. İki ay orada qaldım. Hər gün işgəncə verirdilər. Siqaret yanıb qurtarana qədər közünü qollarıma tutub, qollarımın ətini yandırırdılar. İki ay Xankəndidə saxlanıldıqdan sonra məni Hadruta apardılar. Sinəmdəki bu dağı da onda basdılar...

Danışmaqda çətinlik çəkir...

- Qaynaqçı əsgər dəmiri xaç şəklində kəsərək odda köz kimi qızartdı. Həmin dəmiri basdılar sinəmə.

Sinəmə bu dağı çəkən erməninin adı Vaqif idi. Azərbaycan dilində təmiz danışırdı. 2023-cü il antiterror əməliyyatlarından sonra, ermənilər Xankəndidən çıxanda həbs olunan Vaqif Xaçatryanı dərhal tanıdım. Sinəmi dağlayan həmin bu Vaqif idi.

Məni yerə yıxıb sinəmə basdı közərmiş dəmir xaçı. Bir qaradərili muzdlu döyüşçü də ayağı ilə xaçın üstündən sinəmə basırdı.

- Səni Hadrutda nə qədər saxladılar?

- Səhv etmirəmsə 15 gün qaldım orada. Sonra Şuşa həbsxanasına apardılar məni.

Şuşa həbsxanası sallaqxana idi. Nə gecə, nə gündüz. Hər saat, hər dəqiqə vahiməli qışqırtılar eşidirdim. Məni təkadamlıq kameraya salmışdılar. Hər gün dözülməz işgəncələr verirdilər. Sinəmə vurulan xaçın yarası qaysaqlanan kimi, gəlib yaranın qaysağını soyurdular ki, yara sağalmasın.

Təsəvvür edin ki, ermənilər gözümün qarşısında əsir olan hamilə qadını motorlu mişanla doğradılar. Körpə uşaqlar aclıqdan, susuzluqdan ölürdülər. Cəsədlərini aparıb zibilliyə atırdılar. İki ay Şuşa həbsxanasında saxladılar məni.

- Orada sənə hansı işgəncələri verdilər?

- Hansı işgəncələri vermədilər ki? Bədənimə elektrik cərəyanı qoşurdular. Bədənimin müxtəlif yerlərində siqaret söndürürdülər. Çətindir...Danışmaq çox çətindir...

- Aydındır...

- Yox, yaşamayan bilməz...

- Bu yaxınlarda Şuşa həbsxanasına getmisənmi?

- Şuşa işğaldan azad olunduqdan sonra getmişdim.

- Ağır işgəncələrə məruz qaldığın yeri görmək...

- Dəhşətli idi...

- Mayıl, bəlkə davam etməyək?

- Hə, mən artıq danışa bilmirəm...

Elçin Aslangil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri