Icma.az
close
up
RU
Eskalator dayandı, cihaz işləmədi, sistem sıradan çıxdı: BMT də Trampa qarşı sabotaj

Eskalator dayandı, cihaz işləmədi, sistem sıradan çıxdı: BMT də Trampa qarşı sabotaj

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında yaşadığı texniki nasazlıqları “sabotaj” adlandıraraq, BMT Baş katibi Antonio Quterreşdən hadisələrlə bağlı dərhal araşdırma aparılmasını tələb edib. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada 80-ci BMT Baş Assambleyasına çıxışı öncəsi və çıxışı zamanı baş verən nasazlıqların təsadüfi olmadığını iddia edərək, bunların “planlaşdırılmış sabotaj cəhdləri” olduğunu bildirib. 

BMT binasına daxil olarkən eskalatorun qəfil dayandığını və həyat yoldaşı Melaniya Tramp ilə birlikdə yıxılmaqdan son anda xilas olduqlarını qeyd edən Tramp bu hadisənin Britaniya mediasında yer alan “BMT işçilərinin eskalatoru qəsdən dayandırması” iddiası ilə üst-üstə düşdüyünü vurğulayıb, məsul şəxslərin həbs edilməli olduğunu bildirib. 

Tramp teleprompterin işləmədiyi üçün çıxışına bir müddət başlaya bilmədiyini, cihaz işə düşənə qədər çıxışını yaddaşdan davam etdirdiyini açıqlayıb. Çıxışı zamanı zalın səs sisteminin tamamilə sıradan çıxdığını da qeyd edən Tramp liderlərin onu yalnız qulaqcıqla tərcümə sistemi vasitəsilə dinləyə bildiklərini deyib. 

ABŞ Prezidenti “Birləşmiş Millətlər Təşkilatının qurulma məqsədinə uyğun şəkildə öz öhdəliklərini yerinə yetirə bilməməsi təəccüblü deyil” ifadəsini işlədib. Tramp BMT Baş katibi Quterreşə hadisələrlə bağlı dərhal araşdırma aparılmasını tələb edən məktub göndərdiyini və xüsusilə eskalatora aid təhlükəsizlik kameralarının görüntülərinin incələnməsinin vacib olduğunu bildirib. Donald Tramp əlavə edib ki, ABŞ Gizli Xidməti də bu prosesə cəlb olunub. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Açar sözlər: Tramp BMTsabotaj

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri