Icma.az
close
up
RU
Əsl dost dar gündə tanınar...

Əsl dost dar gündə tanınar...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sarsılmaz həmrəyliyə və dəstəyə görə Pakistandan Azərbaycana dərin minnətdarlıq

Dilimizdə gözəl bir zərb-məsəl var: “Dost dar gündə tanınar”. Getdikcə daha da möhkəmlənən Azərbaycan-Pakistan münasibətləri bunun əyani təsdiqidir. İki ökə arasında xoş mərama, səmimiyyətə əsaslanan geniş əhatə dairəsinə malik əlaqələr qurulub. Diqqətçəkən əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan və Pakistan dost Türkiyə ilə birlikdə ən çətin məqamlarda bir-birinə siyasi-mənəvi dəstək verir, qardaşlıq köməyi göstərirlər.

İki xalq arasında möhkəm dostluğun, qardaşlığın təzahürü

Azərbaycanın son günlərdə Hindistanla Pakistan arasında gərginliyin artmasına son dərəcə həssas münasibət sərgiləməsi dost ökədə minnətdarlıqla qarşılanıb. Baş nazir Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

Dövlətimizin başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəl isə Baş nazir Şahbaz Şərif respublikamızın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən ölkəsi ilə sarsılmaz həmrəyliyə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.

Eləcə də Pakistanın nüfuzlu beyin mərkəzlərindən olan MUSLİM İnstitutunun təşkilatçılığı ilə mayın 14-də keçirilən fləş-mob aksiyasında Pakistana dəstək və həmrəy olan ölkələrə, o cümlədən Azərbaycana minnətdarlıq ifadə edilib.  Minlərlə insan Pakistan Silahlı Qüvvələrinə ehtiram göstərmək və dost ölkələrə təşəkkür etmək üçün bir araya gəlib.  Dəstəyə görə Azərbaycana xüsusi təşəkkür olunub və iştirakçılar “Thank you Azerbaıjan” (“Təşəkkürlər Azərbaycan”) fləş-mobu təşkil ediblər.

Baş nazir bəhs olunan qəbulda Azərbaycanın nümayiş etdirdiyi mövqenin iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürü olduğunu deyib. Həqiqətən də, hər iki ölkə və xalq hər zaman bir-birinə qardaşlıq münasibəti bəsləyib. Buna aid çoxlu sayda misallar sadalamaq mümkündür. Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi. Artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.

Oxşar problemlə Pakistan da üzləşib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.

Son günlərdə Hindistanla Pakistan arasında yaşanan gərginlik də ölkəmizdə böyük narahatlıqla izlənilir. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bir neçə bəyanat yayıb və ölkəmizin birmənalı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırb. “Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə XİN-in bəyanatında vurğulanıb. Ölkəmiz  tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırıb. Bu, ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanan mövqedir.

Strateji xarakter daşıyan Azərbaycan-Pakistan münasibətləri

Qəbulda Baş nazir strateji xarakter daşıyan Azərbaycan-Pakistan münasibətlərinin inkişafından söz açaraq, ikitərəfli əməkdaşlığın müsbət inkişafından məmnunluğunu ifadə edib. O, Prezident Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın ikitərəfli əlaqələri qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.

Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov, dövlətimizin başçısı İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Azərbaycan- Pakistan münasibətləri tarixi bağlara söykənir. Eyni zamanda, müasir dövrdə hər iki ölkə həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində bir-birinə dərin rəğbət bəsləyir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra Azərbaycan-Pakistan əlaqələri davamlı şəkildə inkişaf etməklə bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.

İki ölkə arasında siyasi dialoqun dinamik səciyyə daşımasında liderlər arasında yaranan səmimi münasibətlər xüsusi rol oynayır. Onlar mütəmadi qaydada görüşərək ikitərəfli və çoxtərəfli gündəliklər ətrafında aktual müzakirələr aparırlar. Xatırladaq ki, iki ölkə arasında qarşılıqlı səfərlər Prezident Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri baş tutub .

Sonrakı mərhələdə Prezident İlham Əliyevin Pakistana və dost ölkənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana çoxsaylı səfərləri reallaşıb. Pakistanın Baş naziri 2023 və 2024-cü illərdə, həmçinin 2025-ci ilin fevralında ölkəmizə səfər edib. Prezident İlham Əliyev isə 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olub. Həmin səfər zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Mütəmadi xarakter alan səfərlər çərçivəsində liderlər ikitərəfli gündəliyə aid çox mühüm məsələlər ətrafında müzakirəlr aparıblar,  ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha diqqətə çatdırıblar.

Müxtəlif formatlarda sıx əməkdaşlıq

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq Azərbaycanla Pakistan arasında müxtəlif istiqamətlərdə əlaqələr uğurla inkişaf edir. 2024-cü ildə  iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 22 milyon 48 min dollar olub. Bu, əvvəlki illərin göstəricilərinə əsasən, iki dəfədən çox artımın əldə olunması deməkdir. Ancaq aydındır ki, bu rəqəm ölkələrimiz arasındakı ticari potensialı tam şəkildə əks etdirmir. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.

Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq -Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir.

İki dost ölkənin sıx əməkdaşlıq etdiyi istiqamətlərdən biri humanitar sahədədir. İndiyədək Azərbaycanın və Pakistanın elm və təhsil müəssisələri arasında sıx əlaqələr qurulub. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə dost ölkəyə  9 milyon ABŞ dollarından çox yardım edib.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsinə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fond tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib.

Eyni zamanda, ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verirlər. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan-Pakistan münasibətləri yeni formatlar çərçivəsində də inkişaf etdirilir. Deyə bilərik ki, Azərbaycan - Türkiyə - Pakistan üçbucağı formalaşıb. Azərbaycan, Pakistan və Türkiyə formatında əməkdaşlıq bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edir, eyni zamanda, regional güc birliyini şərtləndirir.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see329

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see266

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see261

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see248

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see206

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see201

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see195

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see190

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see188

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see181

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see178

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see175

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see173

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see171

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see170

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see163

Novxanıda hotel yanır

19 May 2026 19:10see163

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see159

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see158

​Sibir rusları Çin dilinə keçir? Putinə müraciət etdilər (VİDEO)

19 May 2026 14:05see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri