Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Əsl insan olmaq

Əsl insan olmaq

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan var, Allah onu xeyirxahlıq üçün yaradır. Çox vaxt belə insanların qədir-qiyməti bilinməsə də, son tikəsini bölüşməyi, ağlayanın göz yaşını silməyi, yıxılana əl uzatmağı bacarırlar. Sağlığında layiq olduğu qiyməti almasalar belə, həyatdan köçəndən sonra illər keçsə də, həmişə sevgi və minnətlə xatırlanırlar.

Bir də həyatda pislik, mərdimazarlıq üçün yaranmış insanlar var. Adətən belə insanlar müxtəlif elmi və fəxri adların, titulların arxasında gizlənərək insanlara zərər verirlər, özlərini Allah adamı, övliya kimi təqdim edib, daşıdıqları müxtəlif adların arxasında pərdələnərək insana, insanlığa zərər verirlər. Allah insanlığı belə pərdəli "əfi ilanlardan" qorusun.

Amma xeyirxahlıq üçün yaranan insanlar şəffaf olurlar. Onların yaxşılığı üçün titul, vəzifə və pərdə lazım deyil. Allah dünyamızı belə xeyirxah insanlardan əskik eləməsin.

Mənim həyatımdakı belə xeyirxah insanlardan biri də sovet dövründə əks-kəşfiyyat olmuş polkovnik Fikrət Əfəndiyev idi. Onu heç vaxt unutmadım və unutmayacağam.

1984-cü ilin yay ayları idi. Tələbəydim. Xaricdən qayıtmışdım. Orada - vətəndən uzaqlarda qürbətçi azərbaycanlılarla görüşmüşdüm. Təəssüf ki, qrupumuzda olan bəzi "azərbaycanlılar" sonradan mənim haqqımda KQB-yə donos yazmış, guya şübhəli insanlarla görüşdüyümü bildirmişdilər.

Bakıya qayıdandan bir neçə gündən sonra məni KQB-nin yanında yerləşən Dzerjinski klubuna dəvət etdilər. Çox həyəcanlı idim. Mülki geyimli bir nəfər mənimlə söhbət etdi. Sonradan bildim ki, bu şəxs polkovnik Fikrət Əfəndiyevdir.

Məndən soruşdu:

- Niyə qrupla birlikdə muzeylərə və başqa mədəni yerlərə getmirsən, səhərlər ayrılıb axşam qayıdırsan? Kimlərlə görüşürdün?

Olduqca narahat idim. Düşünürdüm: "Mənimki də bura kimi imiş..." Amma səmimi danışdım:

 - Mən internat uşağıyam. Doqquz uşağıq. Mən ailənin ortancıl övladıyam. Ancaq atamız olmadığı üçün ailəmə maddi və mənəvi atalığı mən edirəm. Ailəmizdə yeganə ali təhsil alan da mənəm. Qalan hamısı kənddə yaşayan kolxozçulardır. Buna görə qrupdan ayrılıb alver edirdim. Müxtəlif yerlərdən mal alıb-satır, əlavə pul qazanırdım.

Sonra növbəti sualına cavab olaraq soydaşlarımla görüşməyimdən danışdım:

- Qürbətdə yaşayan soydaşlarımı ilk dəfə görürdüm. Onların dərdlərini dinləmək, vətən həsrəti ilə axan göz yaşlarını seyr etmək mənim üçün asan deyildi. Onların heç biri sovet hökumətinin əleyhinə bir kəlmə belə söz demirdilər. Sadəcə, qarşımda sınmış taleli soydaşlarımı görürdüm. Qaldı qrupdan ayrılmağıma... Bir daha təkrar edirəm, dəyişdirdiyim rəsmi pul çox az idi. Alver edirdim ki, bir qədər çox qazanım. Məqsədim də bacı-qardaşlarıma, onların uşaqlarına hədiyyə alıb vətənə əliboş qayıtmamaq idi. Bundan başqa heç bir məqsədim olmayıb. Yalnız alver etdiyim üçün özümü günahkar bilirəm və cəzamı çəkməyə hazıram. Əsla sovet hakimiyyətinə xəyanət etməmişəm.

Fikrət müəllim səmimiyyətimə inandı və mənə toxunmadı. Sonra soruşdu:

- Başqa nə işlə məşğulsan, hansı hobbin var?

Dedim ki, tələbəlikdən başqa, əlavə qazanc məqsədi ilə fotoqrafiya ilə də məşğulam.

Bir neçə gün sonra məni evlərinə dəvət etdi. Nəvələrinin şəkillərini çəkdim. Sonralar evlərində ailə mərasimlərini, ad günlərini çəkərdim. Pul almaq istəməsəm də, məcbur verərdi.

O gündən 1990-cı ilə qədər dostluğumuz davam etdi. Sovet sistemi dağıldı, mən ölkədən getdim, amma Fikrət müəllimi heç vaxt unutmadım. Bir neçə il əvvəl Azərbaycana gələndə gedib ailəsi ilə görüşdüm. Qızları, kürəkəni və həyat yoldaşı Nona xanımla doyunca söhbət etdim, o illəri xatırladıq...

Nona xanımın artıq 90-dan çox yaşı var. O illəri xatırlayanda bir hadisə də xüsusi olaraq yadıma düşür.

Həmişə onların evində olanda mənə ərzaq verərdi ki, yataqxanada dostlarımla bölüşüm. Həmin illərdə Bakıda ərzaq qıtlığı vardı. Ət, yağ və bir çox ərzaq məhsulları xüsusi talonla verilirdi. Nona xanım isə əlində olanı bölüşməyi sevərdi.

Allah sanki bu ər-arvadı xeyirxahlıq üçün yaratmışdı. Onlara baxanda həmişə düşünürdüm ki, Fikrət müəllimlə Nona xanım sanki bir-birini tamamlayan insanlardır. Allah sanki hər ikisini xeyirxahlıq üçün yaradıb.

Mən insanı həmişə əməlinə görə qiymətləndirirəm. Sovet sistemində də, kapitalist sistemində də, başqa sistemlərdə də həmişə yaxşı insanlar da olub, pis insanlar da. Yaxşılar az ola bilər, amma mütləq olublar. Sadəcə onların qədir-qiyməti vaxtında bilinmir...

Fikrət Əfəndiyevi də məhz belə bir insan kimi xatırlayıram - insanı əvvəlcədən ittiham etməyən, səmimiyyətə inanan, yaxşılığı görməyi bacaran əsl insan kimi!

Əziz Fikrət müəllim, sizi illər keçsə də, sevgi, hörmət və minnətlə xatırlayıram. Mənə göstərdiyiniz insanlığı isə heç vaxt unutmayacağam.

Allah sizə rəhmət eləsin!

Allah sizin kimi yüksək çinli insanları Azərbaycandan əskik eləməsin!

Allah millətimizi və bütün bəşəriyyəti müxtəlif titulların, vəzifələrin və müqəddəs adların arxasında gizlənən "əfi ilanlardan" qorusun!

Xeyirxahlıq üçün yaranan, şəffaf və vicdanlı insanlarımızı Allah qorusun və çoxaltsın.

Əsl insan olmaq çətin də olsa, şərəflidir!..

Elman Mustafazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri