Icma.az
close
up
RU
Əsl kərə yağı belə olur Qida eksperti AÇIQLADI

Əsl kərə yağı belə olur Qida eksperti AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kərə yağının keyfiyyətini müəyyən etmək üçün bir neçə üsul mövcuddur".

Bunu Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi. 

Onun sözlərinə görə, ilk olaraq, etiketə diqqət yetirmək lazımdır:

"Tərkibində yalnız “süd yağı” və ya “pasterizə qaymaq” yazılmalıdır. Əgər etiketdə “bitki yağı”, “marqarin”, “emulsifikator” kimi ifadələr varsa, bu, saxta və ya qarışıq yağın olduğuna işarədir. Kərə yağının tərkibindəki süd yağı faizi 80–82% arasında olmalıdır (bəzən 82,5%). Bu, real kərə yağının standartıdır. Bir digər üsul isə temperatur testləri etməkdir. Kərə yağı soyuducudan çıxarıldığında sərt olur və bıçaqla çətin kəsilir. Saxta və ya qarışıq yağlar isə yumşaq qalır, çünki içində bitki yağı çoxdur. Təmiz kərə yağı isə otaq temperaturunda 15–20 dəqiqəyə yumşalır, amma yağlı su buraxmır. Əgər su və ya yağ ayrılırsa, bu, qarışıq məhsuldur. Qızdırma testi də kərə yağının keyfiyyətini müəyyən etməyə kömək edir. Bir parça kərə yağını tavaya qoyub əridin. Əgər yağ köpürür, qoxusu südlü və təbii gəlirsə, bu təmiz kərə yağıdır. Əgər yağ yanır, qoxusu ağır və sintetikdirsə, bu, qarışıq və ya marqarindir".

Müsahibimiz əlavə etdi ki, yağlarda rəng və qoxuya da diqqət yetirmək lazımdır:

"Təmiz kərə yağının rəngi açıq sarıdan qızılıya qədər dəyişə bilər. Həddindən artıq tünd rəng isə çox vaxt rəngləndirici göstəricisidir. Kərə yağının qoxusu südə bənzər, təzə və azca “qaymaq” qoxusu kimi olmalıdır. Tünd ətir, plastmas kimi qoxu varsa, bu yağ saxtadır. Mənşə və marka da kərə yağının keyfiyyətini müəyyən etməkdə vacib rol oynayır. Yerli və ya xarici fərqi olmadan, əsas məsələ istehsalçının şəffaflığı və süd mənbəyidir. Türkiyə, İran və ya yerli brendlər arasında ən vacib fərq süd keyfiyyətində və istehsal texnologiyasındadır. Etibarlı şirkətlər südü antibiotiksiz və təbii yolla əldə edir, bu da yağın qoxusuna və teksturasına müsbət təsir göstərir".

Ekspertin sözlərinə görə, kərə yağının gündəlik istifadəsi insanın yaşına, fiziki aktivliyinə və ümumi qidalanmasına bağlıdır.

"Kərə yağı A, D, E və K kimi yağda həll olan vitaminlərlə zəngindir, amma eyni zamanda doymuş yağ mənbəyidir. Buna görə də, kərə yağını digər yağ mənbələri (zeytun yağı, qoz, avokado və s.) ilə balanslaşdırmaq tövsiyə edilir. Qan xolesterolu yüksək olan şəxslər kərə yağını az miqdarda və səhər yeməyində istifadə etməlidirlər. Hər bir qidanı normasında qəbul etmək, onun faydasından düzgün yararlanmaq deməkdir", - deyə Fərid Səfərov vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri