Icma.az
close
up
RU
10 15 manata satılan yağ nehrə yağı deyil Qida eksperti AÇIQLADI

10 15 manata satılan yağ nehrə yağı deyil Qida eksperti AÇIQLADI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə təbii məhsullara marağın artması səbəbindən nehrə yağına tələbat yüksəlib. Lakin bəzi hallarda bu məhsulu satışa çıxaran satıcılar tərəfindən fırıldaqçılığa da rast gəlinir.

Bəs nehrə yağının həqiqətən təbii olduğunu necə müəyyən etmək olar?

Qida eksperti İlkin Şirinov Redaktor.az-a təəssüflə bildirdi ki, saxta kənd toyuqları adı altında satışa çıxarılan məhsullar kimi, nehrə yağı adı ilə təqdim olunan məhsullar da artıq bazarda ciddi problemə çevrilib.

Onun sözlərinə görə, məsələyə diqqətlə yanaşsaq görərik ki, yağlılıq dərəcəsi 3,3–3,5 faiz olan süddən təxminən 25–30 litr istifadə etməklə 1 kiloqram nehrə yağı əldə etmək mümkündür:

"Bu gün südün litri bazarda təxminən 1 manat 20 qəpikdən 1 manat 40 qəpiyədək dəyişir. Belə olan halda, yalnız xammalın dəyərini nəzərə alsaq belə, 25-30 litr süddən əldə olunan 1 kiloqram nehrə yağının qiyməti  işçi haqqı, enerji xərcləri və daşınma xərcləri hesablanmadan ən azı 25-30 manat olmalıdır. Amma hazırda bazarda nehrə yağı adı altında 10-15 manata məhsullar satılır. Bu isə açıq şəkildə istehlakçıların aldadılması deməkdir. Yəni insanlar saxta yağ alır, bəzi işbazlar isə bu yolla qeyri-qanuni gəlir əldə edirlər. Məsələnin bir tərəfi budur. Digər tərəfdən, əgər biz nehrə yağını saxtadan ayırmaq istəyiriksə, bunu birmənalı şəkildə bilməliyik: təbii nehrə yağı ağızda tam şəkildə əriyir. Hətta insan bədəninin istiliyi ilə yağa əllə toxunduqda onun əriməsini müşahidə etmək mümkündür. Nehrə yağından süd qoxusu gəlir".

Müsahibimiz qeyd etdi ki, nehrə yağının rəngi fəsildən asılı olaraq dəyişir:

"Yay aylarında heyvanlar daha çox göy otla qidalandığı üçün yağın rəngi tünd sarı, qışda isə quru yemlə qidalanma səbəbindən açıq sarıdan krem rənginə qədər ola bilər. Burada söhbət qatqısız, yalnız süddən əldə edilən təbii nehrə yağından gedir. Belə yağ əridildikdə tam şəkildə əriyir, heç bir yanıq, sintetik qoxu hiss olunmur. Kəsildikdə isə bütöv və təbii şəkildə parçalanır. Amma saxta nehrə yağı adı altında satılan məhsulların tərkibində marqarin, palma yağı, müxtəlif bitki yağları və hətta müxtəlif heyvan mənşəli əridilmiş yağlar olur. Bəzən satışda olan paket halındakı marqarinlər nehrə yağının rənginə uyğunlaşdırılaraq istifadə edilir".

Mütəxəssis əlavə etdi ki, hər yumru formada olan yağ nehrə yağı deyil:

"Bəzi işbazlar yağı əllə yumrulayaraq üzərində barmaq izləri saxlayırlar ki, alıcıda təbii məhsul təsiri yaratsınlar. Amma bu, reallığı əks etdirmir. Bu, birmənalı şəkildə belədir. Saxta yağlar əridildikdə onlardan marqarinə xas, sintetik qoxu gəlir. Bundan əlavə, otaq temperaturunda bu yağlar ərimir, sadəcə bir qədər yumşalır. Bu da əsas fərqləndirici əlamətlərdən biridir. Qiymət məsələsi isə xüsusi əhəmiyyət daşıyır. Heç bir fermer, heç bir kənd təsərrüfatı ilə məşğul olan insan öz məhsulunu havayı əldə etmir ki, onu başqasına da ucuz qiymətə satsın. Süd xammaldır və bu xammalı əldə etmək üçün heyvanın yemlənməsi, baytarlıq nəzarəti, saxlanması və böyük zəhmət tələb olunur. İnək saxlamaq, heyvandarlıqla məşğul olmaq heç də asan iş deyil. Heç kim malını çöldən tapmır ki, gətirib 10-15 manata satsın.

Mən özüm də heyvandarlıqla məşğul olmuşam və hazırda da bu sahədəyəm. Birmənalı şəkildə demək olar ki, insanlar çəkdikləri zəhmətin müqabilində əldə etdikləri məhsulu satıb normal qazanc əldə etməlidirlər ki, həmin gəliri yenidən heyvanın yemlənməsinə və saxlanmasına sərf edə bilsinlər. Bu baxımdan 10-15 manata satılan yağ nehrə yağı deyil. Bu, birmənalı şəkildə bilinməlidir. Alıcılar da, istehlakçılar da anlamalıdırlar ki, qiymət bu məsələdə əsas göstəricilərdən biridir", - deyə İlkin Şirinov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri