Icma.az
close
up
RU
Əsl vaxtıdır: Soyuqda oynaqlarınız ağrıyırsa, bunları yeyin

Əsl vaxtıdır: Soyuqda oynaqlarınız ağrıyırsa, bunları yeyin

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir.

Bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyə çalışın.

- Zülal orqanizm üçün olduqca vacibdir. Zülal orqanizmdə "tikinti" funksiyanı yerinə yetirir, zülal toxumaların və o, cümlədən, qığırdaq toxumasının bərpasında iştirak edir.

Oynaqlar üçün xeyirli olan zülal mənbələri: toyuq, balıq, yumurta. Həmçinin ətin tərkibində birləşdirici toxumanın bərpası üçün çox vacib olan sink mineralı var.

- C vitamini kollagen toxumasının sintezində iştirak edir, oynaqların davamlılığını və möhkəmliyini artırır, oynaqda iltihabı azaldır.

C vitamini mənbələri: itburnu, qara qarağat, sitrus meyvələri, kələm, bolqar bibəri.

- Kükürd qığırdaqların tərkibinə daxildir.

Kükürd mənbələri: kələm, soğan, lobya, noxud, alma, sarımsaq və həmçinin mal əti, balıq, yumurta.

Qığırdaq toxumasının sağlamlığına tərkibində jelatin olan məhsullar (xaş, kisel, jele) çox yaxşı təsir edir. Bu qidaları daha tez-tez yeməyə çalışın. Lakin nəzərə almaq lazımdır ki, xaş çox yağlı və "ağır" qidadır.  Xaşı həftədə 1 dəfə yemək kifayətdir. Kisel və jele isə hər gün sizin qidalanmanızda ola bilər.

- Selen mineralı da oynaqların sağlamlığı üçün çox vacibdir. Bu mineral dəniz məhsullarının (midiya, krevet), kokosun, braziliya qozun tərkibində çoxdur. Həmçinin bu mineral sarımsağın, yumurtanın, treska balığın, dəniz yosunların tərkibində var.

- Kalsium da oynaqlar üçün çox vacib mineraldır.

Kalsium mənbələri: kəsmik, pendir, şor, qatıq.

Oynaqlarınız ağrıyırsa, qidalanmanızda hisə verilmiş, qızardılmış, konservləşdirilmiş qidaları, pomidor, badımcan kimi tərəvəzləri, qırmızı əti (mal, qoyun əti) azaltmaq lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri