Icma.az
close
up
RU
Əsl vətəndaş yetişdirmək üçün nə etməli?

Əsl vətəndaş yetişdirmək üçün nə etməli?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilində mühüm məqamlardan biri vətənpərvər ruhda gənclərin yetirişdirilməsidir. Bu gün Vətən, Qarabağ və ümumilikdə vətənpərvərlik mövzusu Azərbaycan təhsil sistemində mühüm yer tutur və müxtəlif yollarla təbliğ olunur. Bütün bu fəaliyyətlər uşaqlarda Vətən sevgisi, milli kimlik, dövlətçilik anlayışını formalaşdırmağa xidmət edir. Məqsəd təkcə məlumat vermək deyil, həm də bu hissləri gənclərə yaşatmaq, onların gələcəkdə bu dəyərləri qoruyan vətəndaşlar kimi yetişmələrinə nail olmaqdır.
Sinəsini düşmən gülləsinə sipər edən neçə-neçə Vətənə sədaqətli, öz peşəsini layiqincə yerinə yetirən qeyrətli oğullarımız vətənpərvərliyi, cəsurluğu, mərdliyi, şücaəti ilə gələcək nəsillərə örnək oldular. Torpaqlarımızı azad edərək bizlərə əmanət qoydular. Ona görə də bu əmanəti göz bəbəyimiz kimi qorumalıyıq, bu istiqamətdə xüsusilə orta məktəblərdə təbliğatın aparılması mühümdür.
Vətən hər birimiz üçün müqəddəs və əzizdir. Məktəblilər kiçik yaşlarından “Vətən nə deməkdir?”, “Vətənimiz haradır?”, “Dilimiz, dinimiz nədir?” kimi suallara düzgün cavab axtarmağa çalışırlar. Təbii ki, bu suala cavab tapmaqda onlara ən yaxın köməkçi müəllimləri və oxuduqları kitablar olur. Müəllimlər də, kitablar da sabahımızın gənclərinə ilk növbədə Vətənə məhəbbət və sevgi aşılayır, onlara düzgün yol göstərir. Vətən sevgisi gənclərimizi igidliyə, qəhrəmanlığa ruhlandırır. Məktəb sabahımızın qəhrəmanlarını və layiqli vətəndaşlarını hazırlayır.
Dərsliklərdə şagirdlərə qürur hissi aşılayacaq məzmun olmalıdır
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, orta məktəblərdə vətənpərvərlik hisslərinin təbliği təkcə şüarlar və tədbirlərlə yox, sistemli və davamlı bir proses kimi qurulmalıdır. Məqsəd şagirdlərdə Vətənə sevgi, xalqına bağlılıq, dövlətinə hörmət, torpağın qədrini bilmək və milli dəyərləri yaşatmaq hisslərini formalaşdırmaqdır: “Təhsil müəssisələrində vətənpərvərlik hisslərinin təbliğ olunması üçün bir neçə istiqamətlər var. Məsələn, dərsliklər real hadisələrə, şəhidlərə, xalq qəhrəmanlarına, tarixi şəxsiyyətlərə əsaslanmalı, şagirdlərə qürur hissi aşılaya biləcək məzmun olmalıdır. Ədəbiyyat dərsliyində vətənpərvərlik mövzusuna dair klassik və müasir əsərlər təhlil olunmalı, şagirdlərə bu əsərlər üzərindən mənəvi dəyərlər öyrədilməlidir. Tarix və coğrafiya dərslərində Azərbaycanın sərhədləri, torpaqların bütövlüyü, Qarabağın azadlığı uğrunda mübarizə təqdim edilməlidir”.
Canlı təcrübələr və real faktlar
Deputat qeyd edib ki, orta məktəblərə şəhid ailələri, qazilər, Vətən müharibəsində iştirak etmiş şəxslər dəvət olunmalı, onların təcrübəsi şagirdlərlə bölüşülməlidir: “Bu insanlar şagirdlərdə Vətən sevgisinin real həyatda nə demək olduğunu göstərməyə köməkçi olar. Bundan başqa, multimedia və texnologiya vasitələrindən istifadə də mühümdür. Məsələn, şagirdlərə sənədli filmlər, vətənpərvərlik ruhunda çəkilmiş kliplər, animasiyalar, videoçarxlar təqdim oluna bilər. Bu format uşaqların diqqətini daha çox çəkir və emosional təsir gücü yüksək olur”.
Müəllim nümunəsi və məktəb ruhu...
C.Məmmədovun sözlərinə görə, müəllimlərin vətənpərvərliyi, ətənə bağlı biri olması da uşaqlarda milli mənlik şüurunun inkişafı üçün böyük təsirə malikdir: “Şagirdlər müəllimin davranışından, danışığından, yanaşmasından bu hissi mənimsəyirlər. Məktəbdə ümumi mühit milli ruhda, intizamlı və hörmətli olmalıdır. Eyni zamanda uşaqların, gənclərin suallarına da açıq cavab vermək vacibdir. Şagirdlər çox vaxt “Niyə döyüşdük?”, “Torpaqlarımız niyə işğal olunmuşdu?”, “Şəhidlik nədir?” kimi suallar verir. Bu suallara həqiqətə əsaslanan cavablar verilməlidir. Onların fikirləri və hissləri dinlənilməli, təkcə öyrədici yox, emosiya yönümlü yanaşma göstərilməlidir.
Bir sözlə, vətənpərvərlik gənclərə əzbərlədilməli yox, yaşadılmalıdır. Onların qəlbində sevgi, qürur və məsuliyyət formalaşarsa, bu, əsl vətəndaş yetişdirmək deməkdir. Məktəblər bu istiqamətdə ən əsas və ilk pillədir”.
Göründüyü kimi, gənclərin vətənpərvərlik ruhda tərbiyə olunmasında əsas məqsəd ölkəsini sevən, onun inkişafı üçün çalışan, milli-mənəvi dəyərlərə sahib çıxan sağlam nəsil yetişdirməkdir. Belə gənclər dövlətin gələcəyini təmin edən qüvvələrdən biri sayılır.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri