UNEC də müəllimlərin DƏHS üzrə reytinq siyahısı açıqlanıb
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətini qiymətləndirən DƏHS reytinqinin 2025/2026-cı tədris ilinin yekunları üzrə siyahısı açıqlanıb.
525.az xəbər verir ki, “UNEC-də diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında” Qaydalara əsasən, reytinq siyahısında ilk 10-luqda yer alan müəllimlərin vəzifə maaşları 2 dəfə artırılıb.
Siyahıda 11–30-cu yerləri tutan müəllimlərin vəzifə maaşları 1,7 dəfə, 31–60-cı yerlərdə qərarlaşanların maaşları 1,5 dəfə, 61–100-cü yerlərdə olan müəllimlərin vəzifə maaşları isə 1,2 dəfə artırılıb.
Əməkhaqqı artımı tədris ili dövrünü (15.09.2026-cı il tarixdən 01.07.2027-ci il ) əhatə edir.
Qeyd edək ki, UNEC-də Diferensial Əməkhaqqı Sistemi 2015-ci ildən tətbiq olunur. Sistem professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsinə, tədris və elmi fəaliyyətin təşviqinə, eləcə də əməkdaşların nəticəyönümlü fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Oktyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















