Icma.az
close
up
RU
Əslərdən gələn hüzn, tarix nə deyir?

Əslərdən gələn hüzn, tarix nə deyir?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarşıda İslam dünyasında matəm ayları hesab edilən Məhərrəm və Səfər ayları gəlir. Bu aylar əsrlərdir müsəlmanlar tərəfindən hüzn və ehtiram dövrü kimi yad edilir. Bu günlərdə toy etmək və şənlik mərasimləri keçirmək bir çox müsəlman cəmiyyətlərində uyğun hesab olunmur.

Uşaqlıq dövrümü xatırlayıram, bu aylarda bizə televiziyaya baxmaq, musiqi dinləmək belə məhdudlaşdırılırdı. Səbəb kimi İmam Hüseynin (ə) şəhadəti göstərilirdi. Hətta bəzi günlərdə məscidlərdə və ziyarətgahlarda zəncir vurma, qan çıxarma kimi ayinlər icra olunur, mərsiyələr oxunurdu.

Bu gün isə Məhərrəm və Səfər ayları daha çox müasir yanaşmalarla, dini-mənəvi mahiyyətə uyğun şəkildə qeyd edilir.

Bəs Məhərrəm və Səfər aylarının müsəlmanlar üçün əsas önəmi nədir?

İlahiyyatçı Ağa Hacıbəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 680-ci ildən bəri İslam ümmətinin yaddaşında dərin bir ağrıya, dərd və yaraya çevrilən Aşura hadisəsi bu gün də müsəlmanların qəlbində matəm və hüzn kimi yaşayır.

“Məhərrəm ayı İslamdan əvvəl də müqəddəs sayılan dörd haram aydan biri olub. Cahiliyyə dövründə belə bu aylarda insanlar müharibələri dayandırar, qətllərə və savaşlara son qoyar, Həcc ibadətinin yerinə yetirilməsi üçün şərait yaradardılar. İslam gəldikdən sonra isə bu ənənə daha da möhkəmləndirilmiş, müqəddəs ayların hörməti qorunmuşdur.

Lakin 680-ci ildə Kərbəla faciəsi ilə İslam tarixində yeni və ağır bir səhifə açıldı. Yezid kimi zalım birinin qoşunları İmam Hüseyn (ə) və onunla birlikdə olan 72 nəfər tərəfdarını şəhid etdi və bu hadisə ümmətin yaddaşında silinməz iz buraxdı. Bu faciə təkcə bir döyüş deyil, ədalət, haqq və mənəvi dəyərlər uğrunda verilən tarixi mübarizənin simvoluna çevrildi”, – deyə ilahiyyatçı bildirib ki, həmin vaxtdan sonra müsəlmanlar bu böyük faciəni hüzn, kədər və qüssə ilə yad edirlər.

İlahiyyatçı bildirib ki, zaman-zaman bəzi insanlar sevgilərini ifrat şəkildə ifadə edərək özlərinə zərər verən davranışlara yol vermiş, özlərini yaralama, zəncirlə vurma, başdan qan çıxarma kimi xoşagəlməz görüntülərlə bu matəmi ifadə etməyə çalışmışlar.

Halbuki Kərbəla məktəbi belə görüntülərə ehtiyac duymur. Bu məktəbin mahiyyəti ədalət, şəfqət, sevgi, Quran dəyərləri və Peyğəmbərin (s) uca əxlaqıdır.

İlahiyyatçının sözlərinə görə, Məhərrəm və Səfər ayları bu səbəbdən bir çox ənənələrdə birlikdə 60 günlük hüzn dövrü kimi yad edilir.

“Doğrudur, İslam dinində matəm üç gün olur, lakin bu hadisənin mahiyyəti, çərçivəsi və böyüklüyü sadəcə üç günə sığacaq qədər deyil. Peyğəmbər (s) tərəfindən çox sevilən İmam Hüseynə (ə) qarşı törədilən bu faciənin izləri əsrlər boyu yaşayır. Səfər ayının bu dövrə daxil olmasına dair bir neçə rəvayət mövcuddur. Əslində bunun səbəblərindən biri hadisədən sonra Əhli-beyt xanımlarının, xüsusilə Həzrət Zeynəb (s.ə) başda olmaqla əsir aparılması, Şam (Dəməşq) torpaqlarında yaşadıqları çətinliklər və iztirabların da bu hüznün davamı kimi xatırlanmasıdır”, – deyə ilahiyyatçı bildirib.

O qeyd edib ki, məhz bu səbəbdən bu dövr yalnız bir faciənin deyil, eyni zamanda səbir, müqavimət və haqqın yaşadılması məktəbi kimi İslam tarixində öz yerini qorumaqdadır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 İyun 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri