Icma.az
close
up
RU
Əslində, tam başqa şey axtarırdı Yerin altından xəzinə tapdı

Əslində, tam başqa şey axtarırdı Yerin altından xəzinə tapdı

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ-nin Florida ştatında aparılan arxeoloji tədqiqatlar zamanı gözlənilməz tarixi kəşf edilib. Tədqiqatçılar Amerika Vətəndaş Müharibəsinə aid döyüş meydanını araşdırarkən, təsadüfən yüzillər əvvəl fəaliyyət göstərmiş İspaniya missiyasının qalıqlarını aşkar ediblər. Bu tapıntı bölgənin tarixinin yenidən araşdırılmasına səbəb olub.

"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, qazıntılar Florida ştatının Çipli şəhərində yerləşən Hard Labor kilsəsinin yaxınlığında aparılıb. Araşdırmalar nəticəsində tarixçilərin uzun illərdir yerini müəyyənləşdirə bilmədiyi San Karlos missiyasının qalıqları aşkarlanıb.

Tarixçi Deyl Koksun rəhbərlik etdiyi komanda qazıntılar zamanı İspan müstəmləkə dövrünə aid müxtəlif artefaktlar üzə çıxarıb. Bundan əlavə, yeraltı radar vasitəsilə əvvəllər toxunulmamış 20 məzar yeri də müəyyən edilib. Bu fakt alimlərin tapıntının məhz San Karlos missiyasına aid olduğuna dair qənaətini gücləndirib.

Tarixi mənbələrə görə, San Karlos missiyası 1674–1675-ci illərdə yaradılıb. Bu yaşayış məntəqəsi ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbulundan təxminən bir əsr əvvəl mövcud olub.

Mənbələrdə qeyd edilir ki, həmin ərazi vaxtilə yerli tayfaların ispan missionerlərinə qarşı üsyan qaldırdığı məkanlardan biri olub. Tarixçilər hesab edirlər ki, o dövrdə missiyanın ərazisində təxminən 200 nəfər yaşayırdı. Yeni tapıntılar bölgənin müstəmləkə dövrü tarixi barədə daha ətraflı məlumat əldə etməyə imkan verəcək.

Layihənin davam etdirilməsi üçün 50 min ABŞ dolları məbləğində maliyyə ayrılıb. Rəsmi prosedurlar başa çatdıqdan və hava şəraiti əlverişli olduqdan sonra qazıntıların daha da genişləndirilməsi planlaşdırılır.

Arxeoloqların əsas məqsədi missiyanın mərkəzi ibadətgahının qalıqlarını üzə çıxarmaqdır. Tapılan İspan və yerli Amerika mədəniyyətinə aid eksponatların yaxın vaxtlarda yerli muzeylərdə nümayiş etdirilməsi nəzərdə tutulur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 İyul 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri