Icma.az
close
up
RU
Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Şuşada qayalıqların üzərinə şəhid olmuş qəhrəmanlarımızın adlarının yazılması heç də xoşagələn hadisə deyil. Bundan əvvəl də, Nizami Kino Mərkəzinin yerləşdiyi tarixi binanın divarlarına qraffiti rəsmləri çəkilmişdi və bu, ciddi ictimai rezonans doğurmuşdu. İstər-istəməz, mədəniyyətimizin təəssübünü çəkən, milli mentalitetə sadiq qalan, Azərbaycan dövlətinin dəyərlərini şəxsi dəyəri kimi yüksək qiymətləndirən insanlar, ziyalılarımız bu məsələyə öz etiraz səslərini ucaltdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əbədi Turan Kitab Fondunun sədri, filologiya elmləri doktoru Esmira Fuad söyləyib.

44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz unikal Zəfərlərin tariximizə qızıl hərflərlə yazıldığını xatırladan E.Fuad deyib ki, Şuşa zəfəri bu tarixin ən şanlı səhifələrindən birini təşkil edir.

“Bu gün Şuşa və bütövlükdə Qarabağ dünyanın diqqət mərkəzindədir. Bir zamanlar daşı-daş üstündə qalmayan, dağıdılmış və viran edilmiş Qarabağda, eləcə də Şuşada xalqımızın böyük mübarizəsi nəticəsində yeni tarix yazılıb. Şuşanın azadlığı uğrunda müxtəlif odlu silahlardan deyil, bir çox hallarda əlbəyaxa döyüşlərdə xəncər-bıçaqla mübarizə apararaq canlarından keçən fədailərimizin, Şuşa qəhrəmanlarımızın qanı bu torpağın hər daşına, hər qayasına hopub. Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir. Məsələn, Çanaqqala şəhidlərini hamımız yaxşı tanıyırıq. Türkiyədə həmin igidlərin yaşadığı və böyük zəfər uğrunda şəhid olduğu torpaqlarda ümumi bir abidə ucaldılıb. Orada “mənim”, “sənin”, “onun” kimi bölgü yoxdur”, - deyə fondunun sədri vurğulayıb.

Bəzən insanların Şuşaya və Qarabağa səfərləri zamanı ətraf mühitin çirkləndirilməsi, xoşagəlməz halların baş verməsi ilə bağlı məlumatların yayıldığını da bildirən E. Fuad hər kəs bu torpaqları göz bəbəyi kimi qorumağa çağırıb: “Şəhidlərimizin adlarını daşlara, qayalara həkk edən insanların hərəkətinə görə təəssüflənirəm. Onlar bizim uğrumuzda canlarından keçiblər və sübut ediblər ki, Azərbaycan oğulları, Azərbaycan Ordusu və Azərbaycan dövləti necə möhtəşəm qələbələr qazanmağa qadirdir. Bu qüdrətə, bu gücə, bu Zəfərə kölgə salmayaq”.

Müxbir - Günel Türksoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri