“Espanyol” azarkeşləri “Barselona” ilə oyun üçün siçanlarla təxribat hazırlayır
Lent az saytına istinadən Icma.az xəbər verir.
“Barselona” ilə bugünki oyun üçün “Espanyol”un ultras azarkeşləri etiraz aksiyası keçirməyi planlaşdırır.
Lent.az xəbər verir ki, azarkeşlər sabiq qapıçı Joan Qarsiyanın prinsipial rəqib olan “Barselona”ya keçidindən narazılıqlarını ifadə etmək üçün meydana siçan kuklaları atmaq niyyətindədirlər.
Bu aksiya azarkeşlər üçün xəyanətkar sayılan Qarsiyaya qarşı etirazın simvolu olacaq.
Bildirilir ki, ultraslar artıq təxminən bir aydır bu təxribat üçün siçan maketləri (kuklaları) haradan əldə edə biləcəklərini axtarıblar. Stadion administrasiyası və təhlükəsizlik xidmətləri oyun zamanı mümkün insidentlərə hazırlaşır. “Espanyol” azarkeşləri sabiq qapıçılarının “Barselona” formasında çıxış etməsi ilə barışa bilmirlər.
Qeyd edək ki, Joan Qarsiya 2025-ci ilin iyununda “Espanyol”dan “Barselona”ya keçib və 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















