Icma.az
close
up
RU
Əsrarəngiz milli parklarımız...

Əsrarəngiz milli parklarımız...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qədim mədəniyyətə, zəngin bioloji müxtəlifliyə malik olan Azərbaycan fövqəladə əhəmiyyətli təbii irsə malikdir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranıb. Elə bundan irəli gəlir ki, ölkəmizdə təbiətin qorunması, ona qayğı və diqqət ilbəil artır.

Hazırda respublikamızın müxtəlif bölgələrində xüsusi qorunan ərazilər var ki, onlardan biri də milli parklardır. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi ərazilərdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə yaradılan milli parklar təbiətin mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar Milli Parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub. Onu da bildirək ki, milli parklarımız turizmin inkişafı üçün də potensial iqtisadi imkanlar deməkdir.

İlk dəfə 2003-cü ildə Azərbaycanda milli park yaradılıb. Bu ənənə çərçivəsində həmin dövrdən başlayaraq ölkəmizdə təbiətin mühafizəsi ilə bağlı milli parkların və qoruqların sayı artırılıb və onların fəaliyyəti təkmilləşdirilib.

Ekoloji maariflənmədə mühüm addım!

Daha 2 milli park...

Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park - Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir:

“Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb, ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir. İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966 hektardır”.

Milli parklar ölkə ərazisinin təxminən 11 faizini təşkil edir

Bildirilib ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi: “Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib. Hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi baxımdan əhəmiyyətlidir. Eyni zamanda yeni parklar regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq”.

Göründüyü kimi, milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar milli parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati vacibliyini dərk edirlər. Dövlətimiz  milli parkların infrastrukturunu təmin etməklə yanaşı orada turistlər üçün lazımı şərait yaradır, yollar, cığırlar çəkir, marşrutlar təşkil edir, həm də onun təbliğatını həyata keçirir. Belə zənginlikləri qorumaqla gələcəyimizi qorumuş oluruq...

Sahib

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri