Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Статья не опубликована
Əsrə bədəl 5 il:

Əsrə bədəl 5 il:

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Tarix “əgər”lə başlayan cümlələri sevmir. Şərt cümlələri tarixi dəyişdirmir. Amma tarix elə ona görə lazımdır ki, keçmişin səhvləri qiymətləndirilsin, həmin səhvlərin indiki zamana təsirləri müəyyən edilsin və daha mütərəqqi bir gələcək modelləşdirilsin. Odur ki, tarixi proseslər və hadisələr doğru dəyərləndirilməyə, bunun üçün isə, zamana möhtacdır. Bəli, bu gün 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı düşməndən geri almışıq, amma bu, bizi tarixə yönəlik suallardan və təsirlərini bu gün də dərindən hiss etdiyimiz səhvlərdən, həm də cinayətə bərabər səhvlərdən xilas etmir. Ötən əsrin 80-90-cı illərində cəmiyyət olaraq ortaq zəkamızın düzgün hesablamadığı proseslər nəticəsində bu gün milli gəlirlərimizin çox önəmli bir qismini Qarabağın bərpasına sərf etmək, erməni vandalizminin xarabalığa çevirdiyi bir regionu yenidən və sıfırdan qurmaq məcburiyyətindəyiksə, deməli, tarixi səhvlərimiz başımızın üstündən “Domokl qılıncı” kimi asılmaqda davam edir…

1988-ci ildən başlayaraq Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı şüarlar səsləndi, aksiyalar keçirildi, həm Azərbaycanın, həm də SSRİ-nin konstitusiyalarına zidd qərarlar qəbul edildi. Bütün bunlar Ermənistan tərəfindən həm planlaşdırılmışdı, həm də dəstəklənmişdi. Pərdənin arxasında iqtisadi böhranla üzləşmiş SSRİ-nin dağılmasını sürətləndirmək istəyən Qərb və Qərbin rıçaq kimi istifadə etdiyi erməni diasporası, həmçinin SSRİ rəhbərliyini, Mixail Qorboçovu əhatəyə almış erməni şəbəkəsi vardı. Erməni institutları Qarabağı Azərbaycandan qoparmaq üçün daxildə və xaricdə ciddi şəkildə təşkilatlanmış, maliyyə fondları yaratmış, ideoloji-siyasi baza formalaşdırmışdılar. Azərbaycan SSR-nin rəhbərliyi bu geniş və məkrli planın qarşısına çıxmağa heç bir baxımdan hazır olmadığı kimi, müti və düşüncəsiz davranışları ilə Bakının Xankəndi üzərindəki hakimiyyət təsirini də günbəgün itirirdi. O mərhələni geniş şəkildə təsvir etmədən bu günlərdə Şuşaya, Qubadlıya, Laçına, Kəlbəcərə yolu düşən hər kəsin verdiyi bir sualı xatırladaq: sosial, iqtisadi, intellektual, mədəni, demoqrafik və digər sahələrdə ermənilərdən qat-qat üstün olan bir xalqın bu cür strateji əraziləri düşmən əlinə necə keçə bilərdi axı?!.

Cavabı uzatmağa hacət yoxdur, ermənilər:

Əvvəlcə etnik konflikt yaratdılar və Ermənistanı türklərdən təmizlədilər; Xocalıda amansız qətliam törətməklə mülki azərbaycanlıların öz yurdlarını tərk etməsinə psixoloji zəmin hazırladılar; Şuşanı götürməklə Xankəndinin hərbi təhlükəsizliyini təmin etdilər; Laçını işğal etməklə Ermənistana dəhliz açdılar; Kəlbəcəri tutmaqla həm Qarabağa ikinci yol əldə etdilər, həm də Laçını özləri üçün “təhlükəsiz bölgə” halına gətirdilər; Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam və digər yaşayış məntəqələrini işğal etməklə “bufer zona” yaratdılar.

Əlbəttə, bütün bunlar bir günün içində olmadı. Zaman-zaman işğalçı erməni çətələri və ordusuna qarşı hərbi əməliyyatlar da keçirildi, bəzən müvəqqəti üstünlük də əldə olundu. Amma son nəticədə 1988-93-cü illər- qızıldan qiymətli 5 illik bir dövr Azərbaycan tarixinin məyusluq, faciə, məğlubiyyət mərhələsidir.

Bu mərhələdə üzləşdiyimiz məğlubiyyətin, faciələrin və məyusluğun ən qısa səbəbi dövlətimizin və dövlətə bərabər liderimizin olmamasıdır. Ermənilərin dövlətçilik ənənələri yoxdur, kilsə bütün zamanlarda millət kimi formalaşmamış erməni icmasının əsas təşkilatçısı, təbliğatçısı və ideoloqudur. Biz isə, Alp Ər Tunqadan Nadir şaha və Əfşar imperiyasının Şimali Azərbaycan xanlıqlarına qədər uzanan 2000 illik bir dövrdə Cənubi Qafqazda etnik və dövlət kimliyimizi bir arada tutmuşuq. Erməni kilsəsinin və daşnak zehniyyətinin qarşısına çıxmaq üçün bizə MİLLİ ŞÜURUna, DÖVLƏT TƏCRÜBƏSİnə və LİDERLİK KEYFİYYƏTLƏRİnə görə zamanın sınağından çıxmış bir STRATEQ lazım idi.

O strateq var idi! Zəngəzur mənşəli bir ailənin övladı olaraq Naxçıvanda dünyaya göz açmış, çətin coğrafi şəraitdən çıxaraq general rütbəsinə qədər yüksəlmiş, SSRİ kimi nəhəng imperiyanın zirvəsində bir siyasi şəxsiyyət olaraq haqq etdiyi görəvi tutmasına məhz azərbaycanlı olduğu üçün imkan verilməmiş, Qorboçovun və ətrafındakı erməni şəbəkəsinin Qarabağla bağlı planlarını poza biləcəyi üçün təzyiqlərə məruz qalmış, sovet ordusunun Bakıda törətdiyi 20 yanvar qətliamından sonra yeganə oğlunu yanına alaraq illərlə xidmət etdiyi kommunist rejimini mərd-mərdanə şəkildə ittiham etmiş, daha sonra vətənə dönərək Azərbaycan Ali Sovetinə deputat, muxtar respublikaya rəhbər seçilmişdi.

1988-91-ci ilin ilk yarısında Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi böyük ölçüdə mümkün deyildi. Çünki həmin illərdə Azərbaycan SSSR-nin tərkibində idi. Respublikalarda kimin rəhbər vəzifə tutması bəzən raykom katiblərinə qədər Moskvanın qərarı ilə həll olunurdu. Moskvanın “yenidənqurma elitası” isə, Heydər Əliyevi milli mənsubiyyətinə, siyasi dühasına və Tanrı ərmağanı olan xarizmasına görə özlərinə tam əks cəbhədə görürdü. Qorbaçov və ətrafındakı erməni şəbəkəsi üçün Azərbaycanın başında elə fuqurlar dayanmalı idilər ki, onlar xalqdan qopuq, iradəsiz, səriştəsiz, qorxaq və siyasi kəmsavad olsunlar. Odur ki, “yenidənquranlar” dövranı tamamlanmaq üzrə olan Kommunist Partiyasının Azərbaycandakı təşkilatının başına Ə. Vəzirov, A. Mütəllibov kimi öz xalqları qarşısındakı tarixi məsuliyyətlərini, ümumiyyətlə, dərk edə bilməyənləri gətirməyə üstünlük vermişdilər. Hər iki şəxsin hakimiyyəti ermənilərin Qarabağ planları üçün əlverişli şərait, hətta bəzən düşünülməmiş dəstək yaratmaqla yanaşı, Azərbaycanın milli potensialının post-sovet dövrünə hazırlığını əngəllədi.

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi. Bundan az sonra- sentyabrın 8-də Ayaz Mütəllibov Azərbaycan prezidenti seçildi. Zira, həmin il oktyabrın 17-də Ermənistanda keçirlən seçkilərdə Levon Ter-Petrosyan hakimiyyətə gəlmişdi. Sadə dildə desək, bu, o deməkdir ki, Azərbaycanda Qarabağ münaqişəsinin ilk 3 ilini ermənilərə uduzmuş, prosesi əngəlləyə və milli maraqlarımızın lehinə dəyişdirə bilməmiş yerli kommunist elitasının təmsilçisi, Ermənistanda isə, bilavasitə münaqişənin yaradılmasında rol almış, Qarabağ məsələsini SSRİ tərkibində çözməyə can atmayan, Azərbaycanın tarixi və hüquqi torpaqlarını müstəqil Ermənistana qatmaq istəyən siyasi doktrinanın lideri iqtidara gətirmişdi. Ter-Petrosyanın əcdadı Klikiya keşişlərindən idi. Ata tərəfdən babası Petros “Hnçak”, ana tərəfdən babası “Daşnak” fəalı olmuş, özü Eçmiədzinin İlahiyyat Seminariyasında dərs demişdi. Azərbaycan əraziləri məhz onun dövründə işğal olundu. Lakin məhz Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən bir müddət sonra Ter-Petrosyan erməniləri Qarabağ sevdasından “üzüsulu bir formada” əl çəkməyə çağıraraq vəzifəsindən istefa verdi.

Əsas sualımız budur: Heydər Əliyev iqtidara 1993-cü ilin iyununda, ölkədə üç ildə üçüncü böyük hərbi-siyasi böhran (əvvəlki ikisi: yanvar 1990, fevral-iyun 1992) yarandıqdan sonra deyil, elə müstəqilliyin elanından dərhal sonra- 1991-ci ilin sentyabrında gəlsəydi, hadisələr necə inkişaf edərdi?

(ARDI VAR)

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Noyabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri