Icma.az
close
up
RU
Əsrimizin BƏLASI Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI İNFOQRAFİKA

Əsrimizin BƏLASI Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI İNFOQRAFİKA

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ötən il ölkəmizdə 4 967 nəfərə narkomaniya xəstəliyi ilə bağlı diaqnoz qoyulub.
Bu, Dövlət Statistika Komitəsinin ötən ilki məlumatlarında yer alıb.
Bizim.Media son 5 ildə alkoqolizm, narkomaniya və toksikomaniya üzrə  xəstələrin sayını və müqayisəsini təqdim edir:

2020

2020-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı 339, narkomaniya xəstələrinin sayı 2 723, toksikomaniya xəstələrinin sayı 122 nəfər təşkil edib.
Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı 13 567, narkomaniya xəstələrinin sayı 33 788, toksikomaniya xəstələrinin sayı 327 nəfər olub.
2021
2021-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı  artıb – 439. Narkomaniya xəstələrinin sayı 2 dəfə artaraq 5 603-ə, toksikomaniya xəstələrinin sayı isə 361 nəfərə çatıb. Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı azalıb - 10 514. Narkomaniya xəstələrinin sayı 34 602, toksikomaniya xəstələrinin sayı isə 630 nəfər təşkil edib.
2022
2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı 682 olub. Bu ildə narkomaniya xəstələrinin  sayı 2021-ci ildə isə azalaraq 3 689 nəfərə enib. Toksikomaniya xəstələrinin sayı 590 nəfər olub. Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı da 2021-ci illə müqayisədə azalıb - 9 793.  Narkomaniya xəstələrinin  sayı  35 097, toksikomaniya xəstələrinin sayı isə 1 156 nəfər təşkil edib.
2023
2023-cü ildə də sözügedən göstəricilər üzrə artım müşahidə edilib. Belə ki,  ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı 600, narkomaniya xəstələrinin  sayı 3 796, toksikomaniya xəstələrinin sayı 407 nəfər olub.
Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı 9 595, narkomaniya xəstələrinin  sayı 36 659, toksikomaniya xəstələrinin sayı 1 497 nəfər olub.
2024
Ötən il ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı 590 nəfər təşkil edib.Narkomaniya üzrə xəstələrin sayı isə 3 831 nəfər artaraq 4 967 nəfərə çatıb. Toksikomaniya üzrə xəstələrin sayı isə 1 091 nəfər olub.
Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı 9 578 nəfər təşkil edib.
2023-cü illə müqayisədə narkomaniya xəstələrinin sayı 40 490 nəfər çatıb. Toksikomaniya xəstələrinin sayı isə 2 492 nəfər olub.  
Naibə Məmmədova, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri