Icma.az
close
up
RU
“Əsrin fəlakətində Azərbaycanın qəlbi Türkiyə ilə birgə döyünürdü” VİDEO

“Əsrin fəlakətində Azərbaycanın qəlbi Türkiyə ilə birgə döyünürdü” VİDEO

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Hatay vilayətində 6 fevral 2023-cü ildə Türkiyədə baş verən və “əsrin fəlakəti” kimi tanınan zəlzələdən sonra şəhərin yenidənqurma səylərinin təşviqi ilə bağlı tədbir keçirilib. Türkiyə Respublikası Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən təşkil olunan tədbirdə Hatay valisi Mustafa Masatlı, AK Partiya sədrinin müavini Hüseyn Yayman, Hatay Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Öntürk, AK Partiya Baş Qərargahın Gənclər Şöbəsinin rəhbəri Yusuf İbiş, eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər.

Globalinfo.az xəbər verir ki, İspaniya, Braziliya, Kolumbiya, Rusiya, Fransa və bir çox ərəb ölkələri də daxil olmaqla 41 ölkədən media nümayəndələrinin və Ankarada yerləşən Qlobal Jurnalistlər Şurasının xarici nümayəndələrinin qatıldığı tədbirdə əvvəlcə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum təqdimatla çıxış edib. O, Türkiyədə zəlzələ bölgəsində hər saat 23 mənzilin inşa edilməsi tempi ilə davam edən yenidənqurma prosesinin dünya tarixinə düşəcəyini bildirib. Nazir zəlzələdən zərərçəkən hər üç nəfərdən ikisinin artıq mənzillə təmin olunduğunu deyib:

“11 əyalətdə 174 fərqli yerdə yenidənqurma işləri davam edir. Təxminən 200 min işçi gecə-gündüz yorulmadan çalışır. Bölgədə hər saat 23 ev, gündə 550 mənzilin inşası tamamlanır. İndiyə qədər 305 min ev təhvil vermişik və gələn ay 350 mininci evimizi vətəndaşımıza təhvil verəcəyik. Məqsədimiz ilin sonuna qədər 453 min mənzilin inşa edilməsidir”.

Murat Kurum (solda)

Ədalət və İnkişaf Partiyası sədrinin müavini və Hatay millət vəkili Hüseyn Yayman da tədbirə qatılan mətbuat nümayəndələrinin şəhərdə görülən işlərlə tanış olmasının vacibliyini vurğulayıb. Vali Mustafa Masatlı bildirib ki, zəlzələlərdən sonra Hatayda yenidənqurma işləri ilə yanaşı, sosioloji və psixoloji rifahı qorumaq üçün layihələr də həyata keçirirlər. Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Öntürk şəhərin infrastrukturunun yenidən qurulduğunu bildirib və vəzifəyə başladıqdan bəri görülən işlərdən danışıb. Daha sonra jurnalistlərlə sual-cavab sessiyası keçirilib.

Hatay valisi Mustafa Masatlı Globalinfo.az-a açıqlamasında bildirib ki, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə tarix boyu çətin günlərdə bir-birinə dəstək olublar:

“6 fevral fəlakətində ilk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan xalqının qəlbi Türkiyə ilə birgə döyünüb. Biz Azərbaycan dövlətinin axtarış və xilasetmə işləri, zəruri ehtiyacların ödənilməsi və daha sonra daimi mənzil təminatı kimi çox əhəmiyyətli töhfələrini gördük. Buradan başda Prezident İlham Əliyev olmaqla, azərbaycanlı soydaşlarımıza çox təşəkkür edirəm. Allah bizə bir daha belə fəlakət göstərməsin”.

Hatay Bələdiyyəsinin sədri Mehmet Öntürk isə Globalinfo.az-a açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə pis və yaxşı günlərində hər zaman yan-yana olub və bu, tarix boyu belə davam edəcək:

“Ölkəmizlə yanaşı, Azərbaycanın da bütün sahələrdə güclü olmasını istəyirik. Biz güclü olduqca dünyaya sülh gətirmiş olacağıq”.

Tədbirdən sonra nazir Murat Kurum mətbuat nümayəndələri ilə birlikdə Antakya şəhər mərkəzinə baxış keçirib. Hataydan sonra nümayəndə heyəti Qaziantep, Adıyaman və Kahramanmaraş şəhərlərinə də səfər edəcək.

Qlobal Jurnalistlər Şurasının Siyasi Məsələlər üzrə rəhbəri Deniz Büstani
Globalinfo.az
Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see284

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see251

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see223

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see171

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see168

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see164

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see148

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see147

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see142

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see141

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see140

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see137

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see137

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri