Icma.az
close
up
RU
İnstaqram fenomeninin estetik əməliyyat zamanı ÜRƏYİ DAYANDI

İnstaqram fenomeninin estetik əməliyyat zamanı ÜRƏYİ DAYANDI

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Braziliyanın San-Paulu şəhərində yaşayan Instagram fenomeni və iş qadını Natalia Kavanellas Thomazella estetik əməliyyat zamanı həyatını itirib.

BAKU.WS xəbər verir ki, 40 yaşlı Natalia eyni anda liposaksiya (yağ aldırma), omba dolgusu və döş implantlarının dəyişdirilməsi əməliyyatı keçirirdi. Əməliyyatın son mərhələsində, ombasına yağ yeridilən zaman qadının ürəyi dayanıb. Həkimlər dərhal müdaxilə etsələr də, onu xilas etmək mümkün olmayıb.

Polis hadisəni şübhəli ölüm kimi araşdırır. Cərrahın vəkilləri ölüm səbəbinin pulmonar emboliya – yəni yağın qan damarlarını tıxaması ola biləcəyini bildiriblər. Bu, tibbi ədəbiyyatda nadir, amma ciddi fəsad kimi tanınır. Dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.

Ailəsinin sözlərinə görə, Nataliyanın heç bir sağlamlıq problemi olmayıb və o, daha əvvəl də bir neçə estetik əməliyyat keçirib, heç bir fəsad yaşanmayıb.

Qeyd edək ki, Natalia ictimaiyyətlə əlaqələr üzrə agentliyin təsisçisi, uğurlu biznesmen və 100 minə yaxın izləyicisi olan aktiv sosial media istifadəçisi idi. O, bu ilin mart ayında San-Paulu Bələdiyyəsi tərəfindən ilin ən uğurlu qadın sahibkarlarından biri seçilmişdi.

Natalia bir qız anası idi. Onun həyat yoldaşı açıqlamasında belə deyib:
"Natalia yalnız gözəl və uğurlu deyil, eyni zamanda güclü, şən və sevgi dolu bir insan idi. Qızımız Manoellaya onun necə gözəl bir ana olduğunu həmişə danışacağam və xatirəsini yaşadacağam."

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri