Icma.az
close
up
RU
Estoniya arzusunda olan tələbələrə viza prosedurları asanlaşdırılacaq

Estoniya arzusunda olan tələbələrə viza prosedurları asanlaşdırılacaq

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sabah Azərbaycana gələcək. Səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.Estoniyanın paytaxtı Tallində deyil, Bakıda səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin inkişafı ilə yanaşı, Azərbaycan vətəndaşlarının konsulluq xidmətlərinə çıxışı baxımından da yeni imkanlar yaradır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Zeynalov bildirib ki, Estoniya Statistika İdarəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə 1 975 etnik azərbaycanlı yaşayır.

"Estoniyanın Təhsil və Gənclər Agentliyinin məlumatlarına əsasən 2025/2026-cı tədris ilində Estoniyanın ali təhsil müəssisələrində 198 Azərbaycan vətəndaşı ali təhsil dərəcəsi verən proqramlar üzrə beynəlxalq tələbə kimi təhsil alıb. Həmin tədris ilində bu kateqoriya üzrə 79 yeni qəbul qeydə alınıb. Qeyd edim ki, Azərbaycanın xarici işlər naziri 2025-ci ilin oktyabrında Estoniyada ali təhsil alan 373 Azərbaycan vətəndaşı barədə məlumat vermişdi. Lakin həmin açıqlamada tələbələrin hansı kateqoriyalarının nəzərdə tutulduğu dəqiqləşdirilmədiyindən bu göstəriciləri birbaşa müqayisə etmək düzgün olmaz".

O. Zeynalov Estoniyada yaşayan azərbaycanlıların işlədiyi sahələrlə bağlı da danışıb:

"Əvvəlki materiallarda ticarət azərbaycanlıların əsas fəaliyyət istiqamətlərindən biri kimi göstərilib. Bununla yanaşı, texniki və hüquq sahələrində, eləcə də dövlət vəzifələrində çalışan azərbaycanlılar da var. Bununla belə, açıq rəsmi mənbələrdə icmanın məşğulluq sahələri üzrə aktual statistik bölgü mövcud deyil".

Koordinator Estoniyaya getmək istəyən Azərbaycan vətəndaşlarının üzləşdiyi viza prosedurlarından da danışıb. Onun sözlərinə görə, Estoniyanın Azərbaycanda səfirliyi olmadığı dövrdə uzunmüddətli D vizası almaq istəyənlər sənədlərini təqdim etmək üçün Ankarada və ya Tbilisidə yerləşən Estoniya səfirliklərinə şəxsən müraciət etməli olurdular:

"Bu, müraciət edənlər üçün əlavə vaxt və maliyyə xərcləri yaradırdı. Hər kəsin həmin şəhərlərə səfər etmək imkanı olmurdu. Nəticədə universitetlərə qəbul olunan bəzi tələbələrin viza prosedurlarını vaxtında başa çatdırması və tədrisə gecikmədən başlaması çətinləşə bilərdi. Estoniyanın 2026-cı ildə Bakıda səfirlik açması bu baxımdan əhəmiyyətlidir. Bununla belə, səfirliyin rəsmi məlumatına görə, hazırda Bakıda uzunmüddətli D vizası müraciətlərinə baxılmır. Əgər 2027-ci ildən etibarən bu müraciətlərin qəbulu başlanarsa, Azərbaycan vətəndaşları sənədlərini Bakıdan təqdim etmək imkanı əldə edəcəklər. Bu da Estoniyada təhsil almaq və ya işləmək istəyənlər üçün müraciət prosesini xeyli asanlaşdıra bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri