Estoniya Rusiya ilə sərhəd yaxınlığında daha 23 bunkerin tikintisinə başlayacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 dekabr, AZƏRTAC
Estoniya Baltik Müdafiə Xəttinin bir hissəsini təşkil edəcək ilk beş bunkerin inşasına başlayıb.
AZƏRTAC xəbər verir ki, ERR dövlət teleradio kompaniyasının məlumatına görə, yaxın aylarda daha 23 bunkerin tikintisinə start veriləcək.
Ümumilikdə isə 2027-ci ilin sonunadək Estoniyanın şimal-şərqində və cənub-şərqində 600-ə yaxın bunkerin və 40 kilometrlik tank əleyhinə xəndəyin inşası planlaşdırılır.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında Polşa və Baltikyanı ölkələr Rusiya və Belarusla sərhəddə müdafiə xəttinin tikintisi üçün Avropa İttifaqından maddi dəstək istəyib. Müdafiə xəttinin inşası NATO ilə əlaqəli şəkildə və alyansın hərbi tələblərinə uyğun olaraq həyata keçirilməlidir. 700 kilometrlik müdafiə xəttinin tikintisi üçün azı 2,5 milyard avronun tələb olunduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















