Icma.az
close
up
RU
“Rusiyada imperiya mahiyyəti inkar edilməyib...” “Sadəcə daha “liberal” qablaşdırmada təqdim olunub”

“Rusiyada imperiya mahiyyəti inkar edilməyib...” “Sadəcə daha “liberal” qablaşdırmada təqdim olunub”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ramiz Yunus: “Qarabağdan Ukraynaya uzanan yol... “yaxşı ruslar”ın riyakarlığını açıq göstərdi”

“Yaxşı ruslar” adlandırılan fenomen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra yaranmayıb və bu, nə mənəvi oyanışın, nə də imperiya keçmişi ilə real qopuşun göstəricisidir. Bu anlayış onilliklər boyu Rusiya siyasi və intellektual məkanında mövcud olan, Kremlin narrativlərini liberalizm və humanizm adı altında ört-basdır edən davamlı bir mexanizmdir”.

“AzPolitika” bildirir ki, bunu Xəzər Universitetinin professoru, siyasi şərhçi Ramiz Yunus sosial şəbəkə hesabında yazıb.

Professor qeyd edib ki, Azərbaycan üçün bu fenomen çoxdan tanışdır və heç bir illüziya yaratmır: “Qarabağ münaqişəsi rus liberal mühitinin beynəlxalq hüquqa və postsovet dövlətlərinin suverenliyinə real münasibətini ilk dəfə açıq şəkildə üzə çıxarıb. Hələ 1980-ci illərin sonlarında, Qorbaçovun “yenidənqurma” dövründə və sonradan Yeltsin illərində Qarabağ məsələsi bu psevdo-liberal çevrələr üçün bir növ lakmus kağızına çevrilib. Beynəlxalq hüquq baxımından "dağlıq Qarabağ" hər zaman Azərbaycanın ərazisi olub və bu status həm sovet dövründə, həm də SSRİ dağıldıqdan sonra dəyişməyib. BMT Təhlükəsizlik Şurası münaqişə zamanı dörd qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edib. Hüquqi mənzərə tam aydın idi və heç bir ikili şərhə yer qoymurdu”.

Buna baxmayaraq, professor bildirib ki, rus liberal mühitinin demək olar ki, bütün nümayəndələri, istisnasız olaraq, Ermənistanın mövqeyini müdafiə ediblər və Kremlin ermənipərəst narrativini təkrarlayıblar. Onun sözlərinə görə, Mixail Xodorkovski, Harri Kasparov, Yuliya Latınina, Viktor Şenderoviç kimi tanınmış fiqurlar ya açıq şəkildə təcavüzə haqq qazandırıblar, ya da işğalı “iki tərəfli münaqişə” kimi təqdim edərək reallığı təhrif ediblər: “Bu mövqeni vaxtilə Rusiya “demokratiyasının simvolları” kimi təqdim olunan Anatoli Sobçak, Qalina Starovoytova, akademik Andrey Saxarov və həyat yoldaşı Yelena Bonner də bölüşüblər. Bu şəxslərin adları bu gün tez-tez mənəvi örtük kimi istifadə olunsa da, onlar da Qarabağ sınağından keçə bilməyiblər və müharibə ilə bağlı yalanların bir hissəsinə çevriliblər. Qarabağ bu psevdo-liberal mühit üçün ilk ciddi imtahan olub və bu imtahan tam şəkildə iflasa uğrayıb. 1980–1990-cı illərdə baş verən hadisələr barədə yalanlar, Ermənistan ərazisindən azərbaycanlıların etnik təmizləməsinin gizlədilməsi, işğalın bəraətləndirilməsi və beynəlxalq hüququn “tarixi hisslər”lə əvəzlənməsi məhz bu çevrələrdə norma halını alıb”.

Ramiz Yunus vurğulayıb ki, sonrakı hadisələr bunun təsadüf deyil, mərkəzdən idarə olunan sistem olduğunu göstərib. O qeyd edib ki, Rusiyanın Gürcüstana qarşı təcavüzü, Abxaziya və Tsxinvali bölgəsinin işğalı, 2008-ci ilin avqust müharibəsi də rus liberalları üçün Gürcüstanın ərazi bütövlüyünün dəyər daşımadığını sübut edib. Professor eyni yanaşmanın Dnestryanı bölgə və Çeçenistanda aparılan iki müharibə zamanı da müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bu çevrələrin dəyişməz formulu hər zaman eyni olub: zorakılığın “ümumilikdə” pislənməsi, “bütün tərəflərin günahı” barədə danışılması, konkret adların çəkilməsindən yayınma və Rusiyanın qonşu xalqların taleyini həll etmək “hüququnun” müdafiəsi. İmperiya mahiyyəti inkar edilməyib, sadəcə daha “liberal” qablaşdırmada təqdim olunub.

Ramiz Yunus qeyd edib ki, 2014-cü ildə Krımın işğalından sonra bu məntiq daha aydın şəkildə üzə çıxıb. Onun sözlərinə görə, həmin fiqurların əhəmiyyətli hissəsi anneksiyanı açıq dəstəkləyib və ya “Krım kimindir” sualından yayınmağa başlayıb. Məhz o zaman Qarabağla Krım arasında onlar üçün prinsipial fərqin olmadığı tam aydın olub: “2022-ci il fevralın 24-dən başlayan genişmiqyaslı müharibədən sonra həmin şəxslərin bir qismi düzgün sözlər səsləndirməyə başlasa da, rəqəmsal dövr keçmiş bəyanatları unutmağa imkan vermir. Azərbaycan üçün bu, çoxdan məlum olan həqiqətdir. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan bu nəticələri çıxarıb və həm Kreml, həm də Qərbdən gələn, Moskvaya sərf edən narrativləri yayan “informasiya daşıyıcılarından” öz məkanını təmizləyib. Qələbə təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də əldə olunub”.

Ramiz Yunus qeyd edib ki, Ukrayna bu yolu indi keçir, lakin bunun üçün daha ağır bədəl ödəyir. O vurğulayıb ki, problem sadəlövhlükdə deyil, “yaxşı ruslar” fenomeninin sistemli şəkildə müttəfiq kimi təqdim olunmasındadır. 

“Onilliklər boyu Kremlin imperiya narrativlərinə xidmət edən şəxslərin kritik anda yenidən xəyanət etməyəcəyinə inanmaq üçün heç bir rasional əsas yoxdur. Söhbət emosional kollektiv günahdan deyil, siyasi fakt kimi kollektiv məsuliyyətdən gedir. Rusiya tərəfindən aparılan genişmiqyaslı müharibə şəraitində istənilən “neytrallıq” əslində təcavüzə dəstək formasıdır, real addımlar olmadan səsləndirilən “antimüharibə” mövqeyi isə sadəcə rahat mənəvi pozadır”, - o, vurğulayıb.

Sonda Ramiz Yunus ispan filosofu Corc Santayananın fikrini xatırladaraq bildirib ki, “tarixdən dərs çıxarmayanlar onu yenidən – daha qəddar formada yaşamağa məhkumdurlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri