Icma.az
close
up
RU
Estoniya Rusiyaya qarşı hərbi dəniz əməliyyatlarına başladı “Kölgə donanmasının” əsas marşrutu kəsilir

Estoniya Rusiyaya qarşı hərbi dəniz əməliyyatlarına başladı “Kölgə donanmasının” əsas marşrutu kəsilir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 11-i səhər saatlarında Estoniya Müdafiə Qüvvələri ilk dəfə olaraq xam neft daşıyan, Rusiyanın “kölgə donanmasına” məxsus tankeri saxlayıb. Ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark bildirib ki, gəminin saxlanması onun sənədlərinin və hüquqi statusunun yoxlanılması məqsədi daşıyıb. Tanker Estoniyanın ərazi suları boyunca hərəkət edərək Rusiyanın Ust-Luqa limanına gedirdi.

Həmin tanker Avropa İttifaqının sanksiyalar siyahısında yer alır. Saxlanma zamanı gəmi heç bir dövlətin rəsmi bayrağı altında hərəkət etmirdi ki, bu da beynəlxalq hüquqa ziddir. Ekipaj daha sonra bayraq sertifikatı təqdim etsə də (Cibutiyə məxsus), Cibuti rəsmiləri həmin gəminin öz reyestrlərində qeydiyyatda olmadığını təsdiqləyiblər.

Baltik dənizi Rusiya üçün əsas neft ixrac marşrutlarından biridir. Tankerlər adətən Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa limanından yola düşərək Finlandiya körfəzi və Baltik dənizi vasitəsilə Şimal dənizinə, oradan isə qlobal bazarlara çıxırlar. Təkcə ötən il Baltik limanlarından çıxan gəmilər Rusiya neft ixracının təxminən 40 faizini təşkil edib.

Ekspertlərə görə, Avropa İttifaqı Baltik dənizini Rusiya neftinin qeyri-rəsmi ixracı üçün bağlamaqla Moskvanı əsas valyuta gəlirlərindən məhrum etməyi qarşısına məqsəd qoyub. Baltik dənizində tankerlərin saxlanması isə Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan ciddi zərbə və alçaldıcı hadisə kimi qiymətləndirilir.

Estoniya və Finlandiya hazırda Rusiyanın dünya okeanına çıxışına nəzarət edən əsas dəniz dövlətləri rolunda çıxış edirlər.

Qeyd edək ki, Estoniya parlamenti yaxın günlərdə “Özünümüdafiə qüvvələri haqqında” qanuna dəyişiklik edərək hərbi gəmilərə ölkənin ərazi sularından kənardakı sahələrdə də nəzarət səlahiyyəti verib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri