Estoniya səfiri Yunanıstanda gəmi qəzasında yaralandı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yunanıstanın Kastellorizo adası sahillərində Avropa İttifaqının "Frontex" sərhəd agentliyinə məxsus gəmi batıb.
Oxu.Az xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb.
Gəmidə beş nəfər olub. Dörd Estoniya vətəndaşı, o cümlədən bu ölkənin Afinadakı səfiri və "Frontex"i təmsil edən yunan sahil mühafizə zabiti. Onların hamısı təxliyə ediliblər.
Dörd yaralı helikopterlə Rodos adasındakı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.
İlkin məlumata görə, gəmi limana daxil olarkən və ya oradan çıxarkən qayaya çırpılandan sonra çevrilib.
Bu mövzuda digər xəbərlər:Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
18 Oktyabr 2026 17:56
Gürcüstanın Estoniyadakı səfiri Estoniya XİNə çağırılıb
16 Dekabr 2024 21:20
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
13 Fevral 2026 15:27
Estoniya səfiri Gürcüstan XİN ə çağırılıb
25 Fevral 2026 09:49
Yunanıstanda güclü zəlzələ
04 Noyabr 2024 18:25
Baxış sayı:185
Bu xəbər 17 Mart 2026 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















