Estoniya səfiri Gürcüstan XİN ə çağırılıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Estoniyanın Gürcüstandakı səfiri Marqe Mardisalu-Kaxar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Səfiri qəbul edən xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Marqe Mardisalu-Kaxardan sosial şəbəkə səhifəsində İlya Dövlət Universiteti barəsində etdiyi paylaşımı ilə bağlı izahat xahiş edib.
Zurabaşvili qeyd edib ki, Estoniya səfirinin belə bir bəyanatı Gürcüstanda təhsil sahəsində aparılan islahatların siyasiləşdirilməsinə yönəlib ki, bu da qəbuledilməzdir və ölkənin daxili işlərinə qarışmaq cəhdidir.
Diplomata bildirilib ki, Estoniya tərəfi təhsil sahəsindəki islahatlarla maraqlanırsa, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində məsləhətləşmələr keçirməklə hərətərəfli informasiya əldə edə bilər.
Qeyd edək ki, Estoniya səfiri bu yaxınlarda feysbuk səhifəsində ali təhsil sahəsində islahatlara qarşı olan İlya Dövlət Universitetinin rektoru Nino Doborcginidze ilə birgə fotoşəklini paylaşaraq "İlya Universitetini dəstəkləyirik" sözlərini yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Fevral 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















