Estoniya və Finlandiya arasında zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Fin körfəzində Estoniya və Finlandiya arasındakı zədələnmiş "Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Fingrid” enerji şirkətinin nümayəndəsi Kimmo Nepola "Helsingin Sanomat” qəzetinə bildirib.
"Əldə olan məlumata görə, təmir işləri iyulun sonuna qədər davam edəcək", - o qeyd edib.
Şirkət nümayəndəsi əlavə edib ki, kabeldə təmir işlərinin dəyəri on milyonlarla avro məbləğində qiymətləndirilir və xərclər "Fingrid” və Estoniyanın "Elering” ötürmə sistemi operatoru arasında bərabər bölünəcək.
Xatırladaq ki, Finlandiya və Estoniya arasındakı kabel dekabrın 25-də sıradan çıxıb. Finlandiya kabeli Kuk adalarının bayrağı altında üzən "Eagle S” tankerinin lövbərinin zədələməsindən şübhələnir və onun Fin körfəzindəki dörd beynəlxalq sualtı telekommunikasiya şəbəkəsinin zədələnməsində də rolu ola biləcəyini istisna etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















